Qaynar xətt:

(+99450) 247 90 86

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

DÜNYA

712

23.01.2020, 18:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hadisə "Erebuni Plaza" biznes mərkəzində kafelərin birində qeydə alınıb. Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Erebuni Plaza" ölkəni sabiq prezidenti Robert Koçaryanın ofisinin yaxınlığında yerləşir.