"Barmağımız tətikdədir" – Əraqçi ABŞ-yə cavab verdi
29 Yanvar 2026, 02:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
704
20.01.2020, 18:44
17 yaşlı Olya xəstəxanaya yerləşdirildikdən sonra bir gündən az müddət yaşayıb. Təcili yardımı qızın nənəsi yanvarın 18-də çağırıb, amma artıq gec olub.
Yeniyetmə xəstəxanaya yerləşdirildikdə onda ikitərəfli sətəlcəm, ağciyər vərəmi və peritonit kimi diaqnozlar müəyyən edilib.
Bu barədə kp.ru hüquq mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verib. Bildirilib ki, hadisə Moskva vilayətinin şəhərlərindən birində qeydə alınıb.
Sadalanan diaqnozların hər hansı biri ölümcül ola bilər. Lakin can verən Olya həkimlərə hələ üstəlik döyüldüyünü də bildirib. Özü də zərbələr qarın nahiyəsinə olub.
Mümkündür ki, məhz bu hal sonradan peritonitə səbəb olub. Cəsəd ekspertizaya göndərilib. Hələ ki, ölüm səbəbi müəyyən edilməyib.
Həmçinin oxuyun
Yalnız bir şey aydındır: tibbi yardım üçün ailə üzvləri çox gec müraciət ediblər. Sətəlcəmin ilkin əlamətləri hələ iki həftə əvvəl ortaya çıxıb: ancaq Olyanın özü və yaxınları təcili yardım və klinikaya müraciət etməyiblər. Niyə? Qonşuların bir cavabı var: marjinal ailə.
- Bu ailədə normal bircə nənə idi, ancaq o artıq qocalıb, yaşı 90-dan yuxarıdır. Olyanın anası son 15 ildir ki, içki içir. Atası yoxdur. Qızın özü isə anasından da betər idi. O, narkotik çəkirdi və bunu bütün şəhər bilirdi, - deyə ailənin qonşusu Valentin bildirib.
Həqiqətən, ölən yeniyetmə yetkinlik yaşına çatmayanlarla iş üzrə idarənin qeydiyyatında olub. Bundan əlavə, qız narkoloq yanında da olub. Cəmi 13 yaşında olarkən artıq qadağan olunmuş maddələrlə bağlı problemləri başlayıb və məktəbdən qovulması ilə başa çatıb. Son üç il ərzində Olya heç bir yerdə işləməyib və nə də oxumayıb.
Yeniyetmənin ölüm faktı araşdırılır.
03:57 / 29 Yanvar 2026
24
02:14 / 29 Yanvar 2026
68
02:12 / 29 Yanvar 2026
62
02:11 / 29 Yanvar 2026
68
02:08 / 29 Yanvar 2026
76
02:06 / 29 Yanvar 2026
53
02:02 / 29 Yanvar 2026
240
01:53 / 29 Yanvar 2026
72
01:46 / 29 Yanvar 2026
80
01:42 / 29 Yanvar 2026
100
01:33 / 29 Yanvar 2026
70
01:30 / 29 Yanvar 2026
50
01:23 / 29 Yanvar 2026
64
01:16 / 29 Yanvar 2026
268
01:13 / 29 Yanvar 2026
67
01:09 / 29 Yanvar 2026
66
00:54 / 29 Yanvar 2026
560
00:54 / 29 Yanvar 2026
79
00:38 / 29 Yanvar 2026
61
00:27 / 29 Yanvar 2026
114
00:24 / 29 Yanvar 2026
70
00:12 / 29 Yanvar 2026
210
00:02 / 29 Yanvar 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.