Qaynar xətt:

(+99450) 247 90 86

Tehran aeroportu işini dayandırdı

2020/01/19/1579437926_teyyare-00.jpg

DÜNYA

650

19.01.2020, 16:42

Güclü qar səbəbindən Tehranın Mehrabad aeroportundan təyyarələrin uçuşu dayandırılıb.
Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

“Güclü qar səbəbindən” Mehrabad aeroportunda uçuşlar dayandırılıb. Bu, normal görüntü qayıdana qədər davam edəcək”, - aeroportdan bildirilib.

Qeyd edək ki, Mehrabad, Tehranın ikinci böyük hava limanıdır. İmam Xomeyni hava limanında uçuşların ləğvi barədə məlumat daxil olmayıb.

Onu da qeyd edək ki, bazar günü səhər tezdən Tehranda güclü qar yağır və bu, yollarda vəziyyətin pisləşməsinə səbəb olub. Paytaxt rəhbərliyi məktəblərdə dərslərin ləğv olunduğunu elan edib.