Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın ən kiçik adamı vəfat etdi

2020/01/18/1579298302_818942.jpg

DÜNYA

1102

18.01.2020, 09:54

Dünyanın ən kiçik adamı Haqendra Tapa Maqar 27 yaşında vəfat edib.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, son vaxtlar Maqar ürəyi ilə bağlı problemlər yaşayırdı, eləcə də astma və pnevmoniya ilə mübarizə aparırdı. Vəziyyətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilən Maqar yanvarın 16-da elə orada vəfat edib.

Haqenda Tapa Maqar dünyanın ən kiçik adamı hesab olunurdu. Onun boyu 67,08 sm təşkil edirdi.

Onun vəfatından sonra "dünyanın ən kiçik adamı" adı Kolumbiya sakini Eduard Nino Ernandesə keçib. Onun boyu 70,21 sm-dir.