Qaynar xətt:

(+99450) 247 90 86

Bu da Rusiyanın yeni Baş Naziri

2020/01/16/1579180480_misustin.jpg

DÜNYA

893

16.01.2020, 17:13

Rusiya Dövlət Dumasının deputatları Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər.

Oxu24.com   xəbər verir ki, 383 nəfər onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb. Əleyhinə isə səs verən olmayıb.

Səsvermədə Konstitusiyaya dəyişiklik təkliflərini hazırlamaq üçün işçi qrupun iclasında iştirak etdikləri üçün 12 deputatın olmadığı qeyd olunur.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Dmitri Medvedev hökumətin istefasını elan etdikdən sonra vəzifə boş qalıb. Putinin təşəbbüsü ilə o, Prezidentin başçılıq etdiyi Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək.