Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
20 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
762
14.01.2020, 18:22
Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insidentin baş verməsi ilə bağlı məlumat yayıb.
Oxu24.com “virtualaz.org”a istinadən xəbər verir ki, bu gün saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Sərhəd naryadımız dərhal təhlükəsiz döyüş mövqeyi seçmiş və havaya xəbərdarlıq atəşi açıb. Xəbərdarlıq atəşindən sonra həmin şəxslər hərəkətlərini dayandırıb və bundan istifadə edən Gürcüstan sərhədçiləri hərbi geyimli şəxsi tərkisilah edə biliblər.
Saat 14:30 radələrində Gürcüstan tərəfi baş vermiş hadisənin qarşısının alınması və vəziyyətin tam nəzarətə götürülməsi barədə məlumat verib və əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Hadisə ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.