Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
20 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
673
12.01.2020, 15:18
Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (8400 dollara yaxın) məbləğində təzminat ödəniləcək.
Oxu24.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib.
O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.
Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.
09:03 / 21 Noyabr 2026
49
00:12 / 21 Noyabr 2026
170
23:31 / 20 Noyabr 2026
164
23:23 / 20 Noyabr 2026
171
23:06 / 20 Noyabr 2026
182
22:45 / 20 Noyabr 2026
165
22:35 / 20 Noyabr 2026
174
22:22 / 20 Noyabr 2026
183
22:01 / 20 Noyabr 2026
175
21:52 / 20 Noyabr 2026
171
21:48 / 20 Noyabr 2026
157
21:21 / 20 Noyabr 2026
179
20:50 / 20 Noyabr 2026
201
20:40 / 20 Noyabr 2026
313
20:33 / 20 Noyabr 2026
182
20:25 / 20 Noyabr 2026
426
20:25 / 20 Noyabr 2026
185
20:20 / 20 Noyabr 2026
182
20:18 / 20 Noyabr 2026
182
20:06 / 20 Noyabr 2026
170
20:02 / 20 Noyabr 2026
1075
20:01 / 20 Noyabr 2026
177
19:50 / 20 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.