Qaynar xətt:

(+99450) 247 90 86

Səudiyyə Ərəbistanına qar yağdı - FOTO

Səudiyyə Ərəbistanına qar yağdı - FOTO

DÜNYA

1079

12.01.2020, 00:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səudiyyə Ərəbistanının şimalında və İordaniya sərhəddinə yaxın olan Tabuk bölgəsində qar yağıb.

Yerli mətbuatın yaydığı məlumata görə, ağ örtüyə bürünmüş ölkədə təbiət hadisəsinə qarşı ehtiyat tədbirləri görülüb.

Səudiyyə Ərəbistanı Meteorologiya və Ətraf Mühitin Mühafizəsi Baş İdarəsindən edilən şərhdə deyilir:

“Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir”.

Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib.

“Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir”.

Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib