“Bitcoin”in qiyməti 76 min dollardan aşağı düşüb
06 Noyabr 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
290
27.09.2026, 07:53
Türkiyənin keçmiş ailə və sosial siyasət naziri, AK Partiya sədrinin müavini Fatma Betül Sayan Kaya partiyada tutduğu bütün vəzifələrdən istefa verib.
Musavat.com xəbər verir ki, Kaya qərarını sentyabrın 26-da açıqlayıb. O, AK Partiya sədri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan tutduğu bütün vəzifələrdən azad edilməsini istəyib.
İstefanın səbəbi son günlər Kaya və həyat yoldaşı İlyas Kayanın adının çəkildiyi fond və səhm əməliyyatları ilə bağlı iddialardır. İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarında həyata keçirilən şübhəli əməliyyatlarla bağlı araşdırması fonunda Kaya ailəsi ilə bağlı müxtəlif iddialar mediada yayılıb.
Müxalif YENİ Partiyanın sözçüsü Zeynal Əmrə iddia edib ki, Fatma Betül Sayan Kaya və həyat yoldaşı qısa müddət ərzində müəyyən səhmlərdən son dərəcə böyük gəlir əldə ediblər. Keçmiş AK Partiya millət vəkili Şamil Tayyar da məsələ ilə bağlı açıqlama verərək iddiaların doğru olduğu halda Kayanın istefa etməli olduğunu bildirmişdi.
Kaya isə istefa açıqlamasında haqqında gündəmə gətirilən məsələlərin bütün istiqamətləri ilə araşdırılmasının vacibliyini vurğulayıb. O, prosesin sağlam şəkildə davam etməsi və məsələnin tam aydınlaşdırılması üçün siyasi və vicdani məsuliyyət daşıdığını bildirərək vəzifələrindən ayrılmaq qərarına gəldiyini açıqlayıb.
Fatma Betül Sayan Kaya 2016–2018-ci illərdə Türkiyənin ailə və sosial siyasət naziri olub. Son dövrdə isə AK Partiya sədrinin müavini və partiyanın Sosial Siyasətlər üzrə rəhbəri vəzifələrini icra edirdi.
11:59 / 06 Noyabr 2026
1
11:57 / 06 Noyabr 2026
27
11:48 / 06 Noyabr 2026
44
11:37 / 06 Noyabr 2026
50
11:23 / 06 Noyabr 2026
69
11:14 / 06 Noyabr 2026
66
11:10 / 06 Noyabr 2026
71
10:59 / 06 Noyabr 2026
70
10:49 / 06 Noyabr 2026
92
10:41 / 06 Noyabr 2026
67
10:41 / 06 Noyabr 2026
104
10:32 / 06 Noyabr 2026
86
10:25 / 06 Noyabr 2026
97
10:18 / 06 Noyabr 2026
110
10:12 / 06 Noyabr 2026
101
10:10 / 06 Noyabr 2026
352
10:03 / 06 Noyabr 2026
82
09:55 / 06 Noyabr 2026
103
09:51 / 06 Noyabr 2026
106
09:43 / 06 Noyabr 2026
89
09:39 / 06 Noyabr 2026
370
09:38 / 06 Noyabr 2026
97
09:35 / 06 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.