Paşinyanın 48 saatı qaldı
09 Noyabr 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
348
23.07.2026, 21:26
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında nəqliyyat, logistika və beynəlxalq tranzit sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradıb.
Bu fikirləri Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, İlham Əliyevin Almaniyada səsləndirdiyi bəyanatlar göstərir ki, ikitərəfli əməkdaşlıq yalnız siyasi dialoq və enerji sahəsi ilə məhdudlaşmır:
"Müasir geosiyasi reallıqlar fonunda nəqliyyat, logistika və beynəlxalq tranzit əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa ilə Orta Asiya arasında körpü rolunun güclənməsi ölkəmizin beynəlxalq nəqliyyat sistemində mövqeyini daha da möhkəmləndirir."
Onun sözlərinə görə, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Orta Dəhlizdə artan rolu ölkəni Avrasiya məkanının əsas tranzit mərkəzlərindən birinə çevirib.
Deputat qeyd edib ki, Almaniyanın logistika və nəqliyyat texnologiyaları sahəsində zəngin təcrübəsi Azərbaycanın həyata keçirdiyi layihələrə yeni texnologiyaların tətbiqinə, logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və yükdaşımalarının səmərəliliyinin artırılmasına töhfə verə bilər.
Ş. Seyidzadə bildirib ki, son illərdə nəqliyyat infrastrukturuna yatırılan investisiyalar, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları və Qarabağda həyata keçirilən layihələr Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.
Deputatın sözlərinə görə, Almaniyada keçirilən görüşlər zamanı Birgə Bəyannamənin icrası üçün fəaliyyət planının hazırlanması və işçi qruplarının yaradılması əməkdaşlığın praktiki nəticələrinin əldə olunmasına imkan verəcək.
16:43 / 09 Noyabr 2026
27
16:37 / 09 Noyabr 2026
43
16:32 / 09 Noyabr 2026
45
16:28 / 09 Noyabr 2026
58
16:25 / 09 Noyabr 2026
113
16:23 / 09 Noyabr 2026
69
16:19 / 09 Noyabr 2026
83
16:06 / 09 Noyabr 2026
159
15:54 / 09 Noyabr 2026
463
15:49 / 09 Noyabr 2026
81
15:47 / 09 Noyabr 2026
171
15:45 / 09 Noyabr 2026
237
15:40 / 09 Noyabr 2026
711
15:34 / 09 Noyabr 2026
79
15:23 / 09 Noyabr 2026
103
15:13 / 09 Noyabr 2026
119
15:05 / 09 Noyabr 2026
631
15:00 / 09 Noyabr 2026
131
14:58 / 09 Noyabr 2026
101
14:55 / 09 Noyabr 2026
126
14:42 / 09 Noyabr 2026
109
14:37 / 09 Noyabr 2026
101
14:29 / 09 Noyabr 2026
599
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.