Qaynar xətt:

(+99450) 247 90 86

Sakit okean adaları Çinin raket sınağını tənqid edib

Sakit okean adaları Çinin raket sınağını tənqid edib

DÜNYA

59

10.07.2026, 12:27

Sakit okean adaları ölkələri Çinin sualtı qayıqdan buraxdığı ballistik raketin regionun mərkəzinə düşməsini narahatlıqla qarşılayıblar.

Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki,  nüvə başlığı daşımaq imkanına malik raket Nauru, Tuvalu və Solomon adaları arasında yerləşən beynəlxalq sularda okeana düşüb. Çin isə sınağın heç bir ölkəyə qarşı yönəlmədiyini və beynəlxalq hüququ pozmadığını bəyan edib.

Palau Prezidenti Surangel Whipps raketin Sakit okean ölkələrinin iqtisadi zonaları arasında yerləşən əraziyə düşməsini qəbuledilməz adlandıraraq, belə sınaqlar barədə region ölkələrinin əvvəlcədən məlumatlandırılmalı olduğunu bildirib.

Sakit Okean Adaları Forumuna üzv dövlətlər okeanın onların ortaq "mavi qitəsi" olduğunu vurğulayaraq, raket sınaqlarının regional təhlükəsizlik və ekoloji sabitlik baxımından narahatlıq doğurduğunu bildiriblər.

Ekspertlər qeyd edirlər ki, məsələ gələn ay keçiriləcək Sakit Okean Adaları Forumunun liderlər toplantısında da müzakirə olunacaq.

Turan