“Netflix”i aldatmışdı - Həbs edildi
30 İyun 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
77
30.06.2026, 18:10
Yer kürəsinə ən təhlükəli asteroid yaxınlaşır.
Oxu24.com xarici mediaya istinadla xəbər verir ki, astronomlar 2024YR4 asteroidini Yer üçün ən potensial təhlükəli kosmik cisimlərdən biri hesab edirlər.
Mütəxəssislərin sözlərinə görə, asteroid 22 dekabr 2032-ci il dekabrın 22-də Yerə yaxınlaşacaq.
Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrovun sözlərinə görə, diametri təxminən 50-100 metr olan və Yer orbitini 7,5 milyon kilometrdən daha yaxın məsafədən kəsən asteroidlər potensial təhlükəli hesab olunur. Onun sözlərinə görə, hazırda alimlərin diqqəti məhz 2024YR4 asteroidinə yönəlib.
Ekspert qeyd edib ki, hazırkı hesablamalara əsasən, asteroidin 22 dekabr 2032-ci ildə Yer atmosferinə daxil olması ehtimalı nəzəri olaraq nəzərdən keçirilir. Əgər belə bir toqquşma baş versəydi, zərbə nöqtəsindən təxminən 30 kilometr radiusunda ciddi dağıntılar yarana bilərdi ki, bu da böyük bir şəhərin ərazisinə bərabərdir.
Bununla belə, Burmistrov vurğulayıb ki, narahatlıq üçün əsas yoxdur. Onun sözlərinə görə, asteroidin Yerlə toqquşma ehtimalı cəmi 0,0017 faiz təşkil edir.
Astronom əlavə edib ki, bəşəriyyət artıq asteroidlərin trayektoriyasını dəyişdirmək imkanına malikdir. O xatırladıb ki, bir neçə il əvvəl kosmik aparat DART missiyası çərçivəsində Dimorphos asteroidinə çırpılıb. Nəticədə onun orbit dövrü təxminən 30 dəqiqə qısalıb və hərəkət istiqaməti minlərlə kilometr dəyişib. Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə təhlükəli asteroidlərin Yerin yanından keçməsini təmin etmək üçün istifadə oluna bilər.
2024YR4 asteroidi 2024-cü il dekabrın 27-də aşkar edilib. 2025-ci il fevralın 18-də onun 2032-ci ilin dekabrında Yerlə toqquşma ehtimalı təxminən 3 faizə qədər yüksəlsə də, sonrakı müşahidələr bu riski demək olar ki, aradan qaldırıb.
20:49 / 30 İyun 2026
10
20:24 / 30 İyun 2026
54
20:04 / 30 İyun 2026
143
19:52 / 30 İyun 2026
61
19:23 / 30 İyun 2026
76
19:11 / 30 İyun 2026
76
19:00 / 30 İyun 2026
78
18:50 / 30 İyun 2026
66
18:45 / 30 İyun 2026
181
18:30 / 30 İyun 2026
65
18:20 / 30 İyun 2026
189
18:00 / 30 İyun 2026
84
17:45 / 30 İyun 2026
89
17:38 / 30 İyun 2026
86
17:30 / 30 İyun 2026
68
17:23 / 30 İyun 2026
96
17:15 / 30 İyun 2026
76
17:15 / 30 İyun 2026
92
17:08 / 30 İyun 2026
79
17:04 / 30 İyun 2026
78
16:52 / 30 İyun 2026
86
16:40 / 30 İyun 2026
81
16:30 / 30 İyun 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.