Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Okinavada yeni gəmi əleyhinə raket sistemi yerləşdirib  

ABŞ Okinavada yeni gəmi əleyhinə raket sistemi yerləşdirib  

DÜNYA

73

23.06.2026, 12:50

 ABŞ Dəniz Piyadaları Korpusu Yaponiyanın Okinava adasına NMESIS gəmi əleyhinə raket sistemi və MADIS pilotsuz hava hücumundan müdafiə sistemini yerləşdirib.

Oxu24.com “Nikkei” qəzetinə istinadən xəbər verir ki,  bu addım ucqar adalarda mümkün hərbi əməliyyatlar kontekstində ABŞ-ın gəmidən gəmiyə və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.

NMESIS pilotsuz idarə olunan və gəmi əleyhinə raketlərlə təchiz edilmiş mobil platformadır. MADIS sistemi isə dronları və alçaqdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Qeyd olunub ki, hər iki sistem Okinavada yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun 12-ci Sahil Mühafizəsi Alayının silahlanmasına daxil edilib.

Jalə