Azərbaycanın bu ölkəylə əlaqələri yeni mərhələyə yüksəlir: Əməkdaşlıq genişlənir — ŞƏRH
23 İyun 2026, 15:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
73
23.06.2026, 14:21
Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarının gedişatı Cənubi Qafqazda yeni diplomatik reallıqların bərqərar olduğunu növbəti dəfə nümayiş etdirir. Hazırda regionda formalaşan yeni status-kvonun əsas xüsusiyyəti ondan ibarətdir ki, sülh prosesinin şərtlərini, prinsiplərini və gələcək regional düzənin konturlarını məhz rəsmi Bakı müəyyənləşdirir. Bu reallıq artıq Ermənistanın ekspert və politoloji birliyində də açıq şəkildə etiraf olunmağa başlayıb. Erməni politoloq Akop Badalyan rəsmi İrəvanın danışıqlardakı acizliyini dilə gətirərək bildirib ki, sülhün əsas şərtlərini və müzakirə mövzularını tamamilə Azərbaycan tərəfi diktə edir. Badalyanın sözlərinə görə, Ermənistan hakimiyyəti prosesə yeni və özünəməxsus heç bir təklif əlavə edə bilmir, sadəcə Bakının masaya qoyduğu gündəliyi diplomatik qaydalara uyğunlaşdıraraq qəbul etmək məcburiyyətində qalır.
Ermənistanlı ekspertin bu maraqlı etirafının reallığı nə dərəcədə əks etdirməsi, Bakının sülh gündəliyindəki mütləq üstünlüyü və regionun gələcəyi ilə bağlı Oxu24.com-a politoloq Oqtay Qasımov şərh verib.
Politoloq qeyd edib ki, erməni həmkarının səsləndirdiyi bu fikirlər subyektiv mülahizə deyil, regiondakı real vəziyyətin birbaşa təsdiqidir:
“Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə tamamilə yeni geosiyasi və diplomatik reallıqlar yaranıb. Bu reallıqların yeganə müəllifi və yaradıcısı isə Azərbaycandır. Azərbaycan hərbi qələbəsini diplomatik müstəvidə də uğurla möhkəmləndirib. Müharibə başa çatdıqdan dərhal sonra regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün ilk olaraq məhz Bakı sülh təşəbbüsləri ilə çıxış etdi. Azərbaycan tərəfindən Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipindən ibarət təkliflər paketi təqdim olundu”.
Onun sözlərinə görə, bu gün aparılan bütün danışıqlar məhz rəsmi Bakının təqdim etdiyi bu format və prinsiplər əsasında həyata keçirilir. Artıq bu gərgin və sistemli danışıqların nəticəsi olaraq sülh müqaviləsinin mətninin böyük hissəsi razılaşdırılıb və paraflanıb.
Oqtay Qasımov vurğulayıb ki, rəsmi İrəvanın müxtəlif bəhanələrlə vaxt qazanmaq cəhdləri heç bir nəticə verməyib və Bakının qətiyyətli diplomatiyası qarşısında iflasa uğrayıb:
“Ermənistan tərəfi zaman-zaman müxtəlif xarici havadarlarının dəstəyi ilə bu prosesləri əngəlləmək, sülh müqaviləsinin imzalanmasını uzatmaq və özü üçün hansısa daxili və ya xarici dividentlər naminə vaxt qazanmaq niyyətləri güdürdü. Lakin Azərbaycan dövlətinin atdığı qətiyyətli, strateji və zamanlaması dəqiq hesablanmış addımlar Ermənistanın bütün bu yanlış cəhdlərini və manevrlərini blokladı. Bununla da Azərbaycan prosesləri yenidən düzgün və səmərəli məcraya yönəltməyi bacardı. Şübhəsiz ki, bu gün Azərbaycan öz ərazilərini 30 illik işğaldan azad etmiş, öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş qüdrətli bir ölkə kimi şərtləri diktə edir. Bu şərtlər isə birtərəfli deyil, əslində regional sabitliyə xidmət edir və hər iki dövlətin uzunmüddətli maraqlarına tam uyğundur”.
Azərbaycanın qalib tərəf kimi nümayiş etdirdiyi unikal və humanitar diplomatiyaya diqqət çəkən politoloq xatırladıb ki, Bakı İrəvanı küncə sıxışdırmaq yolu ilə getmir:
“Azərbaycan əldə etdiyi böyük hərbi qələbədən və üstünlükdən kifayət qədər təmkinli, müdrik şəkildə istifadə etdi. Yəni, rəsmi Bakı Ermənistanı tamamilə əzilən və hər hansı yeni kapitulasiya aktına kor-koranə imza atan bir tərəf kimi təqdim etmək yolunu seçmədi. Əksinə, müəyyən qədər Ermənistan tərəfinin öz “sifətini qorumasına”, beynəlxalq birlik qarşısında tam alçaldılmış vəziyyətə düşməməsinə imkan verən bir variantla bu prosesi apardı. Azərbaycan rəhbərliyi elə həssas və strateji addımlar atdı ki, bu, Ermənistan tərəfinin özünü aşağılanmış formada hiss etməsinə yönəlmədi”:
Politoloq əlavə edir ki, lakin reallıq dəyişmir: bu gün masadakı bütün təşəbbüslərin, irəli sürülən ideyaların və atılan fundamental addımların yeganə müəllifi Azərbaycandır. Beynəlxalq birlik də, regional güclər də artıq qəbul edir ki, sülh prosesinin aparıcı və həlledici faktoru məhz Azərbaycandır.
Çimnaz Telmanqızı
16:04 / 23 İyun 2026
1
16:00 / 23 İyun 2026
17
15:56 / 23 İyun 2026
21
15:50 / 23 İyun 2026
39
15:44 / 23 İyun 2026
45
15:41 / 23 İyun 2026
54
15:36 / 23 İyun 2026
106
15:33 / 23 İyun 2026
56
15:30 / 23 İyun 2026
78
15:26 / 23 İyun 2026
65
15:26 / 23 İyun 2026
47
15:21 / 23 İyun 2026
55
15:20 / 23 İyun 2026
49
15:17 / 23 İyun 2026
53
15:12 / 23 İyun 2026
155
15:12 / 23 İyun 2026
59
15:09 / 23 İyun 2026
75
14:56 / 23 İyun 2026
148
14:51 / 23 İyun 2026
69
14:45 / 23 İyun 2026
74
14:44 / 23 İyun 2026
62
14:29 / 23 İyun 2026
91
14:27 / 23 İyun 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.