Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1397
23.06.2026, 13:40
“Biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq."
Azərbaycan Prezidenti İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi bu strateji fikirlər ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində növbəti böyük addımların atılmasından xəbər verir. Dövlət başçısının qeyri-neft sektorunun inkişafı və ixracatın şaxələndirilməsi ilə bağlı qarşıya qoyduğu bu mühüm hədəflər, ölkənin gələcək iqtisadi dayanıqlılığının təmin olunmasında əsas stimul rolunu oynayır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov Oxu24.com-a açıqlama verib. Dövlət başçısının xarici siyasətində iqtisadi diplomatiyanın xüsusi çəkisi olduğunu vurğulayan Vüqar Bayramov bildirib ki, Azərbaycan təkcə regional deyil, daha geniş coğrafiyada qeyri-neft tərəfdaşlığını dərinləşdirmək niyyətindədir:
“Azərbaycan Prezidentinin istər Türkmənistan rəhbərliyi, istər digər qardaş türk dövlətləri, istərsə də Avropa və Asiya ölkələri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdə mətbuata açıqlamalarının ana xəttini məhz enerjidən kənar sektorlarda əməkdaşlığın gücləndirilməsi təşkil edir. Azərbaycan qeyri-neft-qaz sahəsində əməkdaşlığı şaxələndirmək xəttini uğurla davam etdirir. Bu regional yaxınlaşma və imzalanan iqtisadi müqavilələr bizim yerli məhsulların xarici bazarlara çıxışını asanlaşdırır və ixracatın artırılması baxımından olduqca vacib platformadır”.
Milli Məclisin deputatı ölkənin qeyri-neft ixracındakı mövcud dinamikanı rəsmi rəqəmlərlə diqqətə çatdırıb:
“Son iqtisadi göstəricilər və rəsmi statistika da sübut edir ki, islahatlar artıq öz bəhrəsini verir. Belə ki, bu ilin ilk 4 ayının yekunlarına görə Azərbaycanın qeyri-neft-qaz ixracı 4.4 dəfə artıb. Sözsüz ki, bu ciddi sıçrayışın əsas drayverlərindən biri dünya bazarlarında qızılın qiymətinin əlverişli olması və ölkəmizdə qızıl ixracatının kəskin yüksəlməsidir. Lakin iqtisadi analizlər göstərir ki, artım təkcə qiymətli metallarla məhdudlaşmır; bir sıra digər sənaye və aqrar istiqamətlərdə də qeyri-neft sektoru üzrə ixrac potensialı yüksələn xətt üzrə inkişaf edir”.
Azərbaycanın beynəlxalq ticarətdə rəqabətədavamlı ola biləcəyi spesifik sahələrə toxunan iqtisadçı-ekspert dövlət dəstəyinin mexanizmlərini belə izah edib:
“Qeyri-neft sektorunda dayanıqlı artıma nail olmaq üçün bizim qlobal bazarda müqayisəli üstünlüyə malik olduğumuz sahələrin hədəf seçilməsi və dövlət təşviq alətlərindən (ixrac subsidiyaları, güzəştli kreditlər, vergi və gömrük azadlıqları) daha sıx istifadə edilməsi vacibdir. Azərbaycanın xüsusən qida sənayesində, kənd təsərrüfatında, yüngül sənayedə, eləcə də regional qovşaq rolunu oynayan nəqliyyat və loqistika sahəsində çox böyük potensialı və coğrafi üstünlükləri var”.
Sonda aqrar sektorun strateji əhəmiyyətinə xüsusi yer ayıran Vüqar Bayramov, bu sahənin həm məşğulluq, həm də ölkəyə xarici valyuta gətirilməsi baxımından əvəzsiz olduğunu qeyd edib:
“Hazırda qeyri-neft ixracatımızda qızıldan sonra ikinci ən böyük pay məhz kənd təsərrüfatı məhsullarının üzərinə düşür. Bu isə o deməkdir ki, aqrar sektorun texnoloji cəhətdən yenilənməsi, emal sənayesinin qurulması və bu istiqamətdə özəl sektorun daxili və xarici investisiyalarının stimullaşdırılması dövlətin prioritetidir. Biz kənd təsərrüfatını daha çox dəstəkləməklə həm yerli istehsalı gücləndiririk, həm də ixrac bazarlarımızı genişləndiririk. Bu isə nəticə etibarilə neftdənkənar sektorlardan ölkə iqtisadiyyatına, bank sisteminə daha çox dayanıqlı valyuta axınının daxil olmasına birbaşa imkan yaradır. Mövcud regional iqtisadi reallıqları, qonşu bazarların tələbatını nəzərə alsaq, qida, kənd təsərrüfatı və yüngül sənaye üzrə Azərbaycanın ixrac potensialı gələcəkdə daha yüksək dividendlər vəd edir”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.