Sərhəddə uşaq avtobusuna PUA hücumu
18 İyun 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
105
18.06.2026, 16:16
İsveçin Baş naziri Ulf Kristerssonun həyat yoldaşı, keşiş Birgitta Ed barəsində korrupsiya və maraqların toqquşması iddiaları ilə bağlı araşdırma başlanılıb.
Oxu24.com "Le Monde"yə istinadən xəbər verir ki, Birgitta Edin mənsub olduğu Strängnäs yeparxiyası onun keşiş kimi fəaliyyətinin etik normalara uyğun olub-olmadığını qiymətləndirmək üçün istintaq başladıb. Araşdırmaya səbəb İsveç mətbuatında dərc olunan və Baş nazirin ailəsinin şəxsi maraqları ilə ictimai mövqelərinin qarışdırılması ilə bağlı iddialar olub.
İddialara əsasən, Birgitta Ed 2023-cü ildə keçmiş biznes ortağı və lobbiçi Göran Torstensonla birlikdə Stokholm yaxınlığında yerləşən malikanə alıb. Həmin əmlakda sonradan ödənişli meditasiya tədbirləri təşkil olunub.
İsveçin “Aftonbladet” nəşri yazıb ki, Birgitta Edin yaratdığı fond malikanədə müxtəlif işlərin görülməsi üçün könüllülər cəlb edib və bunun müqabilində iştirakçılara “faydalı əlaqələr qurmaq” imkanı vəd olunub. Bu məlumatlar ölkədə geniş rezonans doğurub.
Tənqidçilər hesab edirlər ki, Baş nazir ailəsinin şəxsi və ictimai maraqları arasında sərhədlərin qeyri-müəyyənləşməsi ciddi etik suallar yaradır. Bundan başqa, bəzi ekspertlər belə fəaliyyətlərin hökumət başçısının təhlükəsizliyi baxımından da risklər daşıdığını bildirirlər.
Baş verənlərlə bağlı aparılan araşdırmanın nəticələrinin yaxın aylarda açıqlanacağı gözlənilir.
Jalə
21:07 / 18 İyun 2026
1
20:46 / 18 İyun 2026
20
20:31 / 18 İyun 2026
149
20:19 / 18 İyun 2026
63
20:14 / 18 İyun 2026
81
20:02 / 18 İyun 2026
359
19:56 / 18 İyun 2026
82
19:38 / 18 İyun 2026
62
19:33 / 18 İyun 2026
148
19:25 / 18 İyun 2026
78
19:07 / 18 İyun 2026
82
19:03 / 18 İyun 2026
383
19:00 / 18 İyun 2026
442
18:52 / 18 İyun 2026
180
18:30 / 18 İyun 2026
64
18:22 / 18 İyun 2026
95
18:12 / 18 İyun 2026
91
18:00 / 18 İyun 2026
99
17:48 / 18 İyun 2026
118
17:44 / 18 İyun 2026
151
17:40 / 18 İyun 2026
99
17:36 / 18 İyun 2026
97
17:34 / 18 İyun 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.