Qonşu ölkədə zəlzələ oldu
31 May 2026, 20:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
65
31.05.2026, 19:28
İran ilə Amerika Birləşmiş Ştatları arasında pərdəarxası aparılan nüvə və maliyyə danışıqlarında gərginlik ən pik həddə çatıb.
Oxu24.com xəbər verir ki, İran İslam Şurası Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf dövlət televiziyası vasitəsilə xalqa müraciətində Vaşinqtonla gözlənilən böyük sazişin taleyini sual altına qoyan olduqca sərt bəyanatlar səsləndirib.
Parlament spikeri İranın milli maraqları və hüquqları tam təmin olunmayana qədər Ağ Evlə heç bir şərt altında sövdələşməyə getməyəcəklərini vurğulayaraq, "İran xalqının hüquqlarının tam qorunduğuna yüz faiz əmin olmayınca, ABŞ ilə heç bir sazişi rəsmən təsdiqləməyəcəyik",- deyə bildirib.
Qalibaf Ağ Evin və digər qərb dairələrinin İrana qarşı yeni növ gizli müharibə strategiyasına keçdiyini idarə edərək, düşmənin hərbi müstəvidə aldığı ağır məğlubiyyətlərin əvəzini çıxmaq istədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qarşı tərəf iqtisadi sanksiyalar, blokadalar və xüsusi informasiya kampaniyaları vasitəsilə İranda daxili iğtişaşlar yaratmağa, ölkənin birliyini sarsıtmağa və Tehranı rəsmən təslim olmağa məcbur etməyə çalışır.
Vaşinqtonun bu siyasətini "əbəs bir xəyal və böyük yanlışlıq" adlandıran İranın parlament rəhbəri, daxili sarsılmaz birliyi qorumaqla Qərbin bu iqtisadi və psixoloji hücumlarını tamamilə iflasa uğradacaqlarını bəyan edib.\musavat.com
Həmçinin oxuyun
20:31 / 31 May 2026
41
20:17 / 31 May 2026
62
19:59 / 31 May 2026
130
19:50 / 31 May 2026
68
19:49 / 31 May 2026
125
19:35 / 31 May 2026
3254
19:32 / 31 May 2026
4675
19:21 / 31 May 2026
76
19:13 / 31 May 2026
199
19:04 / 31 May 2026
88
19:00 / 31 May 2026
2826
18:55 / 31 May 2026
6570
18:51 / 31 May 2026
69
18:02 / 31 May 2026
176
17:00 / 31 May 2026
907
17:00 / 31 May 2026
8873
16:36 / 31 May 2026
287
16:01 / 31 May 2026
99
15:54 / 31 May 2026
101
15:07 / 31 May 2026
129
14:49 / 31 May 2026
1488
14:46 / 31 May 2026
351
14:41 / 31 May 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.