Azərbaycan XİN Monqolustanı təbrik edib
11 İyul 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3071
31.05.2026, 22:59
Mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2023-cü il 12 iyul tarixində imzaladığı qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş istifadə olunan "Himayədar ailə" modeli valideyn himayəsindən məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində yaşaması və inkişafını, qayğı ilə əhatə olunmasını təmin edir.
Oxu24.com bildirir ki,himayədar ailəyə veriləcək uşaqlara görə müavinətlər təyin edilir.
Müavinət hansı halda təyin olunur?
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda bu ödəniş edilir.
Müavinətin məbləği nə qədərdir?
Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.
Müavinət almaq hüququ olan şəxslər
Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər
Tələb olunan sənədlər
Hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən hər hansı bir sənəd təqdim edilmədən proaktiv təyin edilir.
Müraciətə baxılması müddəti
Müavinətin proaktiv təyinatı MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-in “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 (on) iş günü müddətində aparılır. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Müavinətin keçmiş dövr üçün ödənilməsi
Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.
Hazırladı: Jalə
09:26 / 11 İyul 2026
1
00:51 / 11 İyul 2026
251
00:03 / 11 İyul 2026
193
23:38 / 10 İyul 2026
277
23:27 / 10 İyul 2026
95
22:53 / 10 İyul 2026
101
22:50 / 10 İyul 2026
147
22:49 / 10 İyul 2026
144
22:37 / 10 İyul 2026
105
22:15 / 10 İyul 2026
93
22:08 / 10 İyul 2026
92
21:52 / 10 İyul 2026
112
21:19 / 10 İyul 2026
111
21:11 / 10 İyul 2026
108
20:29 / 10 İyul 2026
121
20:02 / 10 İyul 2026
112
19:50 / 10 İyul 2026
169
19:41 / 10 İyul 2026
117
19:10 / 10 İyul 2026
127
18:53 / 10 İyul 2026
120
18:37 / 10 İyul 2026
114
18:15 / 10 İyul 2026
132
18:01 / 10 İyul 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.