Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
25 Oktyabr 2026, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8861
31.05.2026, 18:55
Bakı daha bir mötəbər tədbirə ev sahibliyi EDƏCƏK — Akrobatika gimnastikası üzrə Dünya Kuboku başlayır
Azərbaycan növbəti dəfə möhtəşəm bir beynəlxalq idman bayramına ev sahibliyi etməyə hazırlaşır. Paytaxt Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kuboku ölkəmizin qlobal idman arenasında qazandığı yüksək nüfuzun və zəngin ev sahibliyi təcrübəsinin növbəti bariz nümunəsidir. Dünyanın müxtəlif ölkələrindən ən güclü gimnastları bir araya gətirən bu turnir həm gərgin rəqabəti, həm də yüksək təşkilatçılıq səviyyəsi ilə idmansevərlərin diqqət mərkəzindədir 5-7 iyun tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq yarışın ölkəmiz üçün əhəmiyyəti böyükdür.
Mövzu ilə bağlı Oxu24.com-a danışan idman eksperti Kənan Məstəliyev turnirin əhəmiyyətini yüksək qiymətləndirib.
“Azərbaycan özünü yüksək səviyyəli təşkilatçı kimi sübut edib"
Ekspert qeyd edib ki, Bakıda keçirilən bu yarış ölkəmizin mötəbər turnirlərə ev sahibliyi etmək missiyasının davamıdır:
“Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi artıq bizim ənənəvi hal almış yüksək təşkilatçılığımızın davamı kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan idman ölkəsi olmaqla bərabər, həm də idman yarışlarının yüksək səviyyədə təşkilatçısı kimi özünü sübut edə bilib. Budur, bu yarışın da təşkili həmin bu sübutun davamıdır”.
Kənan Məstəliyev ölkəmizin bu sahədəki böyük təcrübəsinə və qonaqların məmnunluğuna da diqqət çəkib:
“İstər Avropa Oyunları, istər İslam Oyunları, istər digər multi-oyunların, eyni zamanda bütün növlər üzrə Avropa və Dünya çempionatlarının, Qran-prilərin təşkilində fərqlənən Azərbaycan gimnastikada da bunu artıq ənənəvi bir hala çevirib. Gimnastika Arenasında artıq mütəmadi olaraq hər il, ildə hətta iki dəfə, üç dəfə beynəlxalq yarışlar keçirilir ki, bu da yüksək təşkilatçılığın artıq bir nümunəsi kimi qeyd oluna bilər. İstər yarışlardan əvvəl, istər yarışlar zamanı, istərsə də yarışlardan sonra da bu barədə qonaqlar dəfələrlə açıqlamalar verir, bu barədə danışırlar”.
“Məqsəd idmançıların beynəlxalq təcrübəsini və rəqabətədavamlılığını artırmaqdır"
Ekspert məsələnin yalnız təşkilati tərəfinə deyil, həm də idman və nəticə tərəfinə toxunaraq gimnastlarımızın qazandığı uğurlardan söz açıb:
“İşin idman tərəfinə gəldikdə isə, Azərbaycanda gimnastikanın inkişafı artıq qəbul olunmuş bir hadisədir. Azərbaycan gimnastları beynəlxalq yarışlarda iştirak edirlər, uğur qazanırlar. Eyni zamanda da artıq bu məsələ, bu uğurlar Olimpiada səviyyəsinə qədər gedib çıxıb”.
Dünya Kubokunun yerli idmançıların yetişməsindəki rolunu vurğulayan Kənan Məstəliyev fikirlərini bu sözlərlə tamamlayıb:
“Akrobatika gimnastikası üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi daha çox idmançımızın yarışda iştirak eləməsi deməkdir, təcrübə qazanmaları deməkdir. Onların rəqabətə davamlı yetişməsi istiqamətində bir addım deməkdir.
Hesab edirəm ki, sırf bu rəqabətin artması, idmançılarımızın beynəlxalq yarış təcrübəsi qazanması baxımından bu Dünya Kuboku öz töhfəsini verəcəkdir. Yüksək səviyyədə təşkil olunacaq, idmançılarımız təcrübə qazanacaqlar və bu da, inanıram ki, bizim idmançılarımızın beynəlxalq yarışlardakı uğurlarının davamını gətirəcək”.
Çimnaz Telmanqızı
15:19 / 25 Oktyabr 2026
1
15:08 / 25 Oktyabr 2026
93
15:05 / 25 Oktyabr 2026
28
14:36 / 25 Oktyabr 2026
61
14:15 / 25 Oktyabr 2026
382
14:00 / 25 Oktyabr 2026
92
13:50 / 25 Oktyabr 2026
187
13:50 / 25 Oktyabr 2026
62
13:35 / 25 Oktyabr 2026
112
13:18 / 25 Oktyabr 2026
982
13:05 / 25 Oktyabr 2026
73
12:44 / 25 Oktyabr 2026
494
11:19 / 25 Oktyabr 2026
88
10:45 / 25 Oktyabr 2026
129
10:34 / 25 Oktyabr 2026
926
07:01 / 25 Oktyabr 2026
246
23:16 / 24 Oktyabr 2026
270
22:52 / 24 Oktyabr 2026
270
22:34 / 24 Oktyabr 2026
192
22:14 / 24 Oktyabr 2026
124
22:05 / 24 Oktyabr 2026
547
21:42 / 24 Oktyabr 2026
3025
21:28 / 24 Oktyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.