Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
28 Sentyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
31.05.2026, 16:36
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.
Oxu24.com xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub.
Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:
"Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır".
Qeyd olunub ki, nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.
Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir.
Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.
Prezident İlham Əliyevin 2023-cü il 12 iyul tarixində imzaladığı qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş istifadə olunan "Himayədar ailə" modeli valideyn himayəsindən məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində yaşaması və inkişafını, qayğı ilə əhatə olunmasını təmin edir.
14:02 / 28 Sentyabr 2026
16
14:00 / 28 Sentyabr 2026
20
13:46 / 28 Sentyabr 2026
45
13:43 / 28 Sentyabr 2026
40
13:30 / 28 Sentyabr 2026
321
13:24 / 28 Sentyabr 2026
66
13:09 / 28 Sentyabr 2026
226
12:58 / 28 Sentyabr 2026
60
12:55 / 28 Sentyabr 2026
59
12:37 / 28 Sentyabr 2026
71
12:32 / 28 Sentyabr 2026
68
12:22 / 28 Sentyabr 2026
49
12:18 / 28 Sentyabr 2026
53
12:13 / 28 Sentyabr 2026
1342
12:00 / 28 Sentyabr 2026
52
11:54 / 28 Sentyabr 2026
90
11:40 / 28 Sentyabr 2026
69
11:31 / 28 Sentyabr 2026
172
11:27 / 28 Sentyabr 2026
188
11:23 / 28 Sentyabr 2026
65
11:20 / 28 Sentyabr 2026
203
11:15 / 28 Sentyabr 2026
59
11:13 / 28 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.