Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ: Putin ƏMR VERDİ - Rus ordusu Xəzər dənizinə ZƏRBƏ ENDİRƏCƏK

TƏCİLİ: Putin ƏMR VERDİ - Rus ordusu Xəzər dənizinə ZƏRBƏ ENDİRƏCƏK

DÜNYA

76

21.05.2026, 17:45

Rusiya Xəzərdə neft platformaları üzərində dronları vuracaq.

Rusiya parlamentinin yuxarı palatası pilotsuz uçuş aparatlarının Xəzər dənizinin Rusiya sektorundakı neft-qaz platformaları üzərində vurulmasına icazə verən qanunu təsdiqləyib.

Oxu24.com  xəbər verir ki, bu barədə “İnterfaks” аgentliyi məlumat yayıb.

Parlamentin rəsmi saytında yayılan açıqlamada bildirilir ki, pilotsuz uçuş aparatları Xəzərdə Rusiyanın iqtisadi maraqları üçün ən ciddi təhdidlərdən biri hesab olunur.

Sənəddə qeyd edilir ki, yeni federal qanun neft və qaz obyektlərinin antiterror mühafizəsini gücləndirmək üçün hüquqi boşluğu aradan qaldıracaq.

Eyni zamanda vurğulanır ki, bu tədbirlər gəmiçilik və balıqçılıq fəaliyyətinə təsir etməyəcək.

Rusiyanın ikinci ən böyük neft şirkəti olan Lukoil Xəzərdə yerləşən Filanovski və Korçagin yataqlarında neft hasil edir. Bildirilir ki, həmin obyektlər daha əvvəl bir neçə dəfə Ukrayna dronlarının hücumuna məruz qalıb.KONKRET.az