ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
720
25.04.2026, 15:00
Ukraynada cəbhə xətti hələlik əhəmiyyətli dərəcədə dəyişmir və Rusiya yeni səfərbərlik dalğası elan etməyi planlaşdırmır.
Axar.az xəbər verir ki, bu fikri NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.
Onun sözlərinə görə, hazırda döyüş meydanında heç bir ciddi irəliləyiş yoxdur və ruslar böyük itkilər verirlər:
“Məncə, son hələ görünmür, amma onlar yenidən dalana dirəniblər. Ukrayna əsgərləri cəsarətlə müdafiəni saxlayır və bu da tərəflərin mövqelərini olduğu kimi qoruyur. Mən düşünmürəm ki, səfərbərlik olacaq”.
Avropa Birliyinin Hərbi Komitəsinin rəhbəri general Şon Klensi isə mövzu ilə bağlı qeyd edib:
“Mən Rusiyanın səfərbərliyə əl atacağını görmürəm. Aydındır ki, cəbhə xətti hərəkət etmir, statikdir. Aydındır ki, Rusiya bu müharibəni bir neçə günə bitirəcəyini düşünürdü. Amma biz artıq dördüncü, beşinci ildir ki, Ukrayna ilə birlikdəyik və bu, hələ uzun müddət davam edəcək”.
O vurğulayıb ki, Avropa Birliyi Ukraynanı və xalqını dəstəkləməyə davam edəcək ki, onların müharibədə qələbəsi təmin olunsun.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.