Traktor aşdı: 23 nəfər yaralanıb
29 Sentyabr 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
644
24.04.2026, 10:51
Cənubi Koreyada 2021-ci ildə baş verən hərbi aviasiya qəzasının detalları açıqlanıb.
Oxu24.com xəbər verir ki, istintaq nəticələrinə əsasən, Cənubi Koreya Hərbi Hava Qüvvələri məxsus iki “F-15K” qırıcı təyyarəsinin toqquşmasına pilotların uçuş zamanı selfi və video çəkməsi səbəb olub.
Hadisə Daequ yaxınlığında təlim uçuşu zamanı baş verib. Araşdırma hesabatına görə, pilotlar missiya gedişində xatirə məqsədilə foto və video çəkiblər. Onlardan biri bu uçuşun həmkarları ilə son missiyası olduğunu əsas gətirərək, uçuşdan əvvəl şəkil çəkəcəyini bildirib.
Məlumata əsasən, dönüş manevri zamanı arxadakı təyyarədə olan pilot mobil telefonu ilə çəkiliş aparıb, ön təyyarədəki pilot isə həmin anların videoa çəkilməsi üçün digər pilotdan kömək istəyib. Bu zaman arxadakı pilotun qəfil manevr etməsi iki təyyarə arasında məsafəni təhlükəli dərəcədə azaldıb.
İstintaq materialında qeyd olunur ki, arxadakı pilot “göstəriş xarakterli” manevr edərək, təyyarəni qəfil yuxarı qaldırıb, ön təyyarə isə toqquşmadan yayınmaq üçün sürətlə enməyə çalışıb. Lakin bu hərəkətlər nəticəni dəyişməyib və ön təyyarənin sol qanadı digər təyyarənin quyruq hissəsinə dəyib.
Qəza nəticəsində ölən və yaralanan olmayıb, lakin hər iki təyyarə ciddi zərər görüb.
Hadisə nəticəsində hərbi aviasiyaya təxminən 880 milyon von (təxminən 1 milyon manat) ziyan dəydiyi müəyyən edilib. Əvvəlcə pilotdan tam məbləğin ödənilməsi tələb olunsa da, o, qərardan şikayət verib. Pilot səhlənkarlığı etiraf etsə də, uçuş zamanı bu cür çəkilişlərin qeyri-rəsmi şəkildə geniş yayıldığını iddia edib.
Baxış şurası şikayəti qismən qəbul edərək, cəriməni 90 faiz azaldıb və pilotun təxminən 88 milyon von (təxminən 100 min manat) ödəməsinə qərar verib.
Qərarda qeyd olunub ki, hərbi uçuşlarda xatirə məqsədli çəkilişlər geniş yayılmış praktika olsa da, bunun kifayət qədər tənzimlənməməsi təhlükəsizlik risklərini artırıb.
Qəza ictimaiyyətə açıqlanandan sonra Cənubi Koreya Hərbi Hava Qüvvələri rəsmi üzr bəyanatı yayıb və uçuş təhlükəsizliyi qaydalarının sərtləşdiriləcəyini bildirib. Həmçinin hadisədə iştirak edən pilotlardan biri uçuş vəzifəsindən kənarlaşdırılıb və sonradan ordudan ayrılıb.
Qafqazinfo
23:43 / 29 Sentyabr 2026
16
23:34 / 29 Sentyabr 2026
31
23:23 / 29 Sentyabr 2026
78
23:12 / 29 Sentyabr 2026
50
23:08 / 29 Sentyabr 2026
48
23:07 / 29 Sentyabr 2026
1
23:07 / 29 Sentyabr 2026
38
22:50 / 29 Sentyabr 2026
49
22:39 / 29 Sentyabr 2026
54
22:28 / 29 Sentyabr 2026
48
22:28 / 29 Sentyabr 2026
524
22:24 / 29 Sentyabr 2026
99
22:09 / 29 Sentyabr 2026
56
22:09 / 29 Sentyabr 2026
123
21:58 / 29 Sentyabr 2026
176
21:45 / 29 Sentyabr 2026
61
21:36 / 29 Sentyabr 2026
79
21:26 / 29 Sentyabr 2026
63
20:56 / 29 Sentyabr 2026
375
20:53 / 29 Sentyabr 2026
84
20:48 / 29 Sentyabr 2026
917
20:46 / 29 Sentyabr 2026
77
20:38 / 29 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.