SEPAH: İranda 6 terrorçu öldürülüb
01 Oktyabr 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1348
11.03.2026, 23:49
Hippokrat deyirdi, biz nə yeyiriksə, oyuq. Məhəmməd peyğəmbər deyirdi ki, bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhriz. Buna görə də qida rejimini dəyişmədən, düzgün qidalanmadan insan sağlam ola bilməz. Çünki qanı yaradan qidadır. Bizim hüceyrələrimiz isə qanın tərkibindən asılıdır.
Oxu24.com xəbər verir ki, bunu yazıçı-jurnalist, tanınmış loğman, təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadə APA-ya geniş müsahibəsində deyib.
O, bədənimizdə 70 trilyon hüceyrə olduğunu diqqətə çatdırıb:
" Təpədən dırnağacan hüceyrədən toxunmuşuq. Bu 70 trilyon hüceyrənin yeməyi canlı qidalardır: meyvədir, tərəvəzdir, çiçəklərdir, otlardır və s. və ilaxır. Əgər biz onları vitaminlərlə, təbii duzlarla, təbii turşularla, təbii yağlarla kifayət qədər təmin edə bilməsək, zəifləyəcəklər. Çünki hüceyrələr həm bir tərəfdən kütləvi şəkildə qırılırlar, həm də onlarda nəsil artırmaq qabiliyyəti pisləşir. Hüceyrələr canlıdırlar, evlənirlər, toy edirlər, dünyaya övlad gətirirlər. Gün ərzində bədənimizdəki hüceyrələrin bir faizi ölür, bir faizi isə yaranır. Amma bu hüceyrələr düzgün qidalanmadıqda, yəni ölü qida yedikdə, tutalım, bişmiş xörəklər, duza qoyulmuş qidalar... - konservlər. Bunlar hamısı ölü qida sayılır, çünki tərkibində heç bir faydalı element qalmır. Ona görə də onlara alimlər ölü qida adı veriblər. Canlı qida hüceyrələrə kifayət qədər faydalı element daşıya bilir. Ölü qida isə ancaq şlak şəklində yığılıb bədəndə qalır".
O, həmçinin Quranda insana ət və çörəyin məsləhət görülmədiyini bildirib:
"Əgər kökümüzü axtarsaq, bizim qidamız çiydir. Amerika alimi Pol Breqq də bunu yazıb. Sonra mən axtardım, bunu Quranda da tapdım. Məni maraqlandırırdı ki, bizim əcdadımız nə yeyib? “Bəqərə” surəsinin 55-ci ayəsini oxudum. Gördüm Allah-taala Adəmə müraciət edir: “Ey Adəm, sən öz zövcənlə cənnətdə qalın və bu meyvələrdən istədiyiniz qədər yeyin, amma o meyvəyə, yəni buğdaya yaxın durmayın. Yaxın dursanız, özünüzə zülm edənlər olacaqsınız”. 56-cı ayədə isə yazılıb ki, Adəmlə Həvva buğda yedilər və cənnətdən qovuldular. Məni maraqlandırdı, görüm cənnətin tərifi varmı Quranda? Bağdır. Deməli, Allah bizə əti məsləhət görməyib, buğdanı məsləhət görməyib, yəni çörək olmayıb. Sonra da mən ət və çörəyin ziyanını gördüm".
11:44 / 01 Oktyabr 2026
1
11:34 / 01 Oktyabr 2026
31
11:22 / 01 Oktyabr 2026
44
10:54 / 01 Oktyabr 2026
50
10:49 / 01 Oktyabr 2026
68
10:43 / 01 Oktyabr 2026
53
10:41 / 01 Oktyabr 2026
309
10:39 / 01 Oktyabr 2026
51
10:31 / 01 Oktyabr 2026
57
10:25 / 01 Oktyabr 2026
58
10:18 / 01 Oktyabr 2026
50
10:09 / 01 Oktyabr 2026
65
10:05 / 01 Oktyabr 2026
192
09:51 / 01 Oktyabr 2026
761
09:50 / 01 Oktyabr 2026
60
09:47 / 01 Oktyabr 2026
72
09:39 / 01 Oktyabr 2026
63
09:32 / 01 Oktyabr 2026
73
09:28 / 01 Oktyabr 2026
65
09:15 / 01 Oktyabr 2026
53
08:56 / 01 Oktyabr 2026
235
08:54 / 01 Oktyabr 2026
68
08:47 / 01 Oktyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.