Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
815
11.03.2026, 23:40
İran qonşu Körfəz ölkələrinə, eləcə də İsrail və ABŞ-a aid obyektlərə hücumları bərpa edib.
Oxu24.com xəbər verir ki, İran dövlət mediası bu hücumu “münaqişənin başlanmasından bəri ən intensiv və genişmiqyaslı” əməliyyat adlandırıb.
Səudiyyə Ərəbistanı bildirib ki, neft yatağına yönələn iki pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Həmçinin, Bəhreyndə, ABŞ-ın 5-ci donanmasının qərargahının yerləşdiyi bölgədə səslər eşidilib.
Səudiyyə Ərəbistanının müdafiə naziri X ilə paylaşdığı məlumatda bildirib ki, ər-Riyad yaxınlığındakı Ər-Riyad hava bazasına yönələn altı ballistik raket aşkar edilərək vurulub.
Bundan əlavə, şərq bölgəsində başqa bir ballistik raket də məhv edilib. Prins Sultan hava bazası Əl-Hardj bölgəsində yerləşir. Krallıq qüvvələri həmçinin yeddi PUA-nı da vurublar.
Şayba neft yatağında güclü partlayış baş verib. Hücumların təsiri İordaniya və Qətərdə də qeydə alınıb. ABŞ-ın Ərəb Əmirlikləri və Bəhreyndəki bazaları da hədəfə alınıb.
UKMTO-nun (Böyük Britaniyanın Dəniz Ticarəti İdarəsi) məlumatına görə, BƏƏ sahillərindən təxminən 46 km aralıda bir konteyner gəmisi naməlum raket zərbəsi nəticəsində zədələnib, lakin gəmidəki heyət təhlükəsizdir. Zədənin miqyası hələlik açıqlanmır.
The Washington Post qəzetinin məlumatına görə, Bağdaddakı ABŞ diplomatik dəstək mərkəzi də PUA hücumuna məruz qalıb. Altı dronun beşi vurulub, biri isə hədəfə çataraq müşahidə qülləsi yaxınlığında düşüb. Zərərçəkənlər barədə məlumat yoxdur. Hücumun İran tərəfdən dəstəklənən İraq “İslami Müqavimət” koalisiyası tərəfindən həyata keçirildiyi ehtimal olunur.
İran İnqilab Keşikçiləri Korpusunun (KSIK) məlumatına görə, ABŞ-ın bir neçə bazasına, o cümlədən Küveytdəki Ərifcan bazasına raket hücumu təşkil olunub. İran dövlət televiziya kanalları bildirir ki, raket və dronlarla həyata keçirilən hücumlar üç saatdan çox davam edib. “Xorrəmşəhr” raketləri istifadə olunub, Təl-Əviv yaxınlığındakı peyk rabitə mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri, eləcə də ABŞ-ın Erbil və Küveyt şəhərlərindəki bazaları hədəfə alınıb./konkret.az
12:32 / 13 Noyabr 2026
1
12:20 / 13 Noyabr 2026
37
12:17 / 13 Noyabr 2026
40
12:08 / 13 Noyabr 2026
196
11:55 / 13 Noyabr 2026
67
11:45 / 13 Noyabr 2026
121
11:40 / 13 Noyabr 2026
74
11:21 / 13 Noyabr 2026
229
11:15 / 13 Noyabr 2026
84
11:12 / 13 Noyabr 2026
137
11:00 / 13 Noyabr 2026
89
10:50 / 13 Noyabr 2026
85
10:45 / 13 Noyabr 2026
118
10:39 / 13 Noyabr 2026
99
10:25 / 13 Noyabr 2026
103
10:22 / 13 Noyabr 2026
178
10:20 / 13 Noyabr 2026
89
10:08 / 13 Noyabr 2026
397
10:02 / 13 Noyabr 2026
91
09:51 / 13 Noyabr 2026
180
09:46 / 13 Noyabr 2026
1234
09:44 / 13 Noyabr 2026
153
09:38 / 13 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.