Qaynar xətt:

(+99450) 247 90 86

BƏƏ ilk dəfə İrana zərbə endirib  

BƏƏ ilk dəfə İrana zərbə endirib  

DÜNYA

149

08.03.2026, 18:30

Birləşmiş Ərəb Əmirlikləri İranın hücumlarına cavab olaraq ilk dəfə bu ölkəyə zərbə endirib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, zərbə dəniz suyundan duzun və digər həll olunmuş maddələrin çıxarılaraq suyun içməli və təsərrüfat məqsədləri üçün yararlı hala gətirildiyi duzsuzlaşdırma (opresnitel) kompleksinə endirilib.

Bu hadisə fonunda Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi də rəsmi bəyanat yayıb. Nazirliyin nümayəndələri bildiriblər ki, İran İnqilab Keşikçiləri Korpusu ölkəyə 238 ballistik raket və 1422 pilotsuz uçuş aparatı buraxıb.

Onların sözlərinə görə, bu hücumların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Belə ki, 221 raket və 1342 pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.

Bəyanatda qeyd olunub ki, hücumlar nəticəsində BƏƏ-də dörd nəfər həlak olub. Onların Pakistan, Nepal və Banqladeş vətəndaşları olduğu bildirilir. Daha 112 nəfər müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalıb.

BƏƏ Müdafiə Nazirliyi həmçinin vurğulayıb ki, ölkə istənilən təhlükəyə qarşı mübarizə aparmağa hazırdır və dövlətin təhlükəsizliyini pozmağa yönəlmiş hər hansı cəhdə qətiyyətlə cavab veriləcək.

Bununla yanaşı, BƏƏ bildirib ki, İran tərəfindən həyata keçirilən hücumların ən böyük hissəsi məhz bu ölkəyə yönəlib. Məlumata görə, ümumi hücumların 42,8 faizi və ya 1276-dan çoxu BƏƏ-ni hədəf alıb.

Bu göstərici İsrailə yönəlmiş hücumlardan iki dəfə çoxdur. Belə ki, İsrailə qarşı hücumlar ümumi sayın 20,1 faizini təşkil edir. Üçüncü yerdə 16,8 faizlə Küveyt qərarlaşıb. Onu Bəhreyn (6,6 faiz) və Səudiyyə Ərəbistanı (5,4 faiz) izləyir. Ümumilikdə isə qeydiyyata alınmış hücumların sayı 2981-dən çoxdur.(apa)