Qaynar xətt:

(+99450) 247 90 86

Medvedev: “Ukrayna prezidenti nə qədər hakimiyyətdə qalsa ərazisi bir o qədər azalacaq”

Medvedev: “Ukrayna prezidenti nə qədər hakimiyyətdə qalsa ərazisi bir o qədər azalacaq”

DÜNYA

87

19.02.2026, 19:13

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, Ukrayna prezidenti hakimiyyətdə nə qədər çox qalarsa, Ukrayna bir o qədər kiçiləcək.

Oxu24.com xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki ingilisdilli hesabında yazıb.

O, Volodimir Zelenskinin adını birbaşa çəkməsə də, kontekstdən söhbətin hazırkı Ukrayna liderindən getdiyi aydın olur. Şərh Böyük Britaniyada Ukraynanın səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valerii Zalujniyin müsahibəsindən sonra səsləndirilib.

Medvedev həmçinin bildirib ki, “ABŞ-ı seçkilər maraqlandırmır” və Zelenski “faydalı axmaq” rolunu yerinə yetirir.

Rusiya rəsmisinin bu açıqlaması Ukrayna ilə bağlı siyasi polemikanın davam etdiyi bir vaxtda verilib.Bizim.Media