Qaynar xətt:

(+99450) 247 90 86

Herzoq Netanyahunun əfvi ilə bağlı qərar verməyib 

news/2025_08_19/netan_1755588069.jpg

DÜNYA

63

13.02.2026, 02:18

İsrail Prezidenti İsxak Herzoq baş nazir Benyamin Netanyahunun əfv olunması ilə bağlı ABŞ Prezidenti Donald Trampın təklifini nəzərdən keçirdiyini, lakin hələlik bu məsələ üzrə qərar vermədiyini bildirib.

Oxu24.com  xəbər verir ki, bu barədə Prezident Administrasiyası bəyanat yayıb.

Qeyd olunub ki, Herzoq müraciətə qanunvericiliyə uyğun şəkildə, dövlətin maraqları naminə və öz vicdanının hökmü ilə baxacaq.

“İsrail Prezidenti müraciəti qanuna uyğun, dövlətin rifahı naminə və heç bir xarici və ya daxili təzyiq və təsir olmadan nəzərdən keçirəcək. Trampın bəyanatlarının yaratdığı təəssüratın əksinə olaraq, Herzoq bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib”, - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, 2025-ci ilin iyununda Tramp Netanyahunun işi üzrə məhkəmə prosesinin dayandırılmasına çağırmışdı.

Netanyahu üç korrupsiya işi üzrə - 700 min şekeldən (təxminən 230 min dollar) artıq məbləğdə qanunsuz hədiyyələrin, o cümlədən 700 min şekeldən, media tənzimlənməsi ilə bağlı fırıldaqçılıq və dostlarının maraqlarına uyğun layihələrin irəli çəkilməsi məqsədilə rüşvət almaqda ittiham olunur.