İran Təhlükəsizlik Şurasının sədri: ABŞ respublikaya qarşı hərbi seçimdən imtina edir
11 Fevral 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
91
11.02.2026, 19:22
Böyük Britaniya silahlı qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb. Təlimlər üçün Ukraynadakı döyüş meydanlarını xatırladan, dağıdılmış kiçik bir şəhər mənzərəsi simulyasiya edilib. Ümumiyyətlə Britaniya son zamanlar Rusiya ilə müharibə ehtimalından çox narahat görünür və bu istiqamətdə müəyyən addımlar atır.
Böyük Britaniyanın qorxusu reallığa çevrilə bilərmi və nəyə əsaslanır? Bu təlimlər sadəcə mesaj xarakteri daşıyır, yoxsa doğrudan da müharibəyə hazırlıq gedir?
Oxu24.com xeber verirk ki, bununla bağlı Sfera.az-a fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi Böyük Britaniyanın Rusiya ilə birbaşa müharibəyə girmək ehtimalının yaxın perspektivdə aşağı olduğunu söyləyib:
Həmçinin oxuyun
“Bu baxımdan Böyük Britaniya Silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlər, nə Rusiya üçün təhlükə mənbəyi kimi qəbul edilməlidir, nə də ki, bu təlimlərin keçirilməsində məqsəd Rusiya ilə müharibə ehtimalından qaynaqlanır. Amma Rusiya və Ukrayna müharibəsi fonunda, ümumiyyətlə Avropa ölkələrində hərbi sahədə mobilizasiya işlərinin aparılması məqsədilə daha müasir dövrün tələblərinə cavab verən hərbi texnika və texnologiyaların orduda cəmləşdirilməsi müşahidə olunur. Bu səbəbdən canlı qüvvənin, bu texnologiyaların mənimsənilməsi istiqamətində, peşəkarlığın artırılması məqsədilə təlimlərin keçirilməsinə daha çox əvvəlki illərdən fərqli olaraq diqqət yetirilir. Əlbətdə ki Londondakı narahatlıq ehtiyyatlı planlaşdırma strategiyası ilə bağlıdır və bu səbəbdən keçirilən təlimlər müharibə siqnalı olaraq görülməməlidir”.
Şahbazi əlavə edib ki, Britaniya NATO üzvüdür və NATO-nun 5-ci maddəsinə əsasən, Böyük Britaniya da kollektiv müdafiə prinsipləri çərçivəsində yer alır:
“Bu baxımdan da Britaniya və digər NATO ölkələrinin keçirdikləri hərbi təlimlər, deməyə əsas verir ki, Rusiya Avropada genişmiqyaslı müharibə aparmaq qabiliyyətini tam itirməyib və bu istiqamətdə təhlükələr gözlənilir. Xüsusilə də Baltik ölkələri və Şərqi Avropa daha çox riskli zonalardır. Buna görə də Avropa ölkələri ,o cümlədən Böyük Britaniya, ola biləcək ən pis ssenariyə hazırlaşır və burdakı şəhər müharibəsi təlimləri, real münaqişə ehtimalına qarşı planlaşdırmadır. Çünki Ukrayna müharibəsi zamanı belə hallar nəzəri yox, praktik təcrübə əsasında görüldü. Bu səbəbdən Britaniya hökumətinin keçirdiyi təlimlər daha çox gələcək perspektivləri əhatə edir və bu müharibə istəyi deyil. Hazırlıqsız yaxalanma riskini azaldan siyasətdir və Böyük Britaniya hazırlıqlı olmaq strategiyasını gücləndirir”.
22:44 / 11 Fevral 2026
1
22:39 / 11 Fevral 2026
7
22:26 / 11 Fevral 2026
25
22:21 / 11 Fevral 2026
20
22:00 / 11 Fevral 2026
31
21:59 / 11 Fevral 2026
314
21:54 / 11 Fevral 2026
53
21:46 / 11 Fevral 2026
53
21:42 / 11 Fevral 2026
87
21:39 / 11 Fevral 2026
43
21:32 / 11 Fevral 2026
36
21:30 / 11 Fevral 2026
58
21:19 / 11 Fevral 2026
61
21:15 / 11 Fevral 2026
106
21:11 / 11 Fevral 2026
414
21:08 / 11 Fevral 2026
53
21:05 / 11 Fevral 2026
45
21:03 / 11 Fevral 2026
48
20:57 / 11 Fevral 2026
42
20:53 / 11 Fevral 2026
99
20:30 / 11 Fevral 2026
60
20:09 / 11 Fevral 2026
74
19:49 / 11 Fevral 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.