Türkiyədə həmin fırtına BAŞLADI: Ölən var
04 May 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
557
11.02.2026, 20:09
Dünyada bu vaxta qədərki zəka səviyyəsi ən yüksək olan şəxsin bir qadın olduğunu yəqin ki, çoxunuz bilmirsiniz.
Oxu24.com xəbər verir ki, söhbət Ginnesin Rekordlar Kitabına düşən Merilin Vos Savantdan gedir.
Onun 228 IQ ilə hələ də yaşayan ən yüksək zəka göstəricisinə malik şəxs olduğu bildirilir.
1946-cı il təvəllüdlü Missuri ştatının Sent-Luis şəhərində böyüyən Merilin Vos Savantın uşaqlığı insanların əksəriyyətinin adi hesab edəcəyi bir dövr keçirib. Alman və italyan immiqrantlarının ailəsindən olan Savantın nənə və babası kömür mədənlərində işləyirdi.
10 yaşında o, "dünyanın ən ağıllı insanı" adlandırılmasına səbəb olan iki ayrı zəka testindən keçib. Birincisi, fərdin IQ-nu müxtəlif idrak bacarıqları üzrə ölçən Stanford-Binet testi idi. Digəri isə yetkinlərin zehni səviyyəsini qiymətləndirmək üçün hazırlanmış Hoeflin Mega Testi idi. Hər iki test Savantın uşaq yaşda olsa da, 23 yaşlı bir yetkinin zehni səviyyəsinə çatdığını göstərirdi.
Merilin məktəb həyatı boyu uğurlu bir şagird olsa da, test nəticələri hətta ailəsini də təəccübləndirib. Buna baxmayaraq, ailəsi onun zəkasını vurğulamaq əvəzinə, normal bir uşaqlıq keçirə bilməsi üçün bu məlumatı uzun müddət gizli saxlamağı seçib.
Merilin uşaqlıqda heç vaxt dünyanın ən ağıllı insanı olduğunu düşünmədiyini, yalnız yüksək bal aldığını bildiyini, lakin bunun nə qədər qeyri-adi olduğunun fərqinə varmadığını deyib.
Həmçinin oxuyun
O, orta məktəbdən sonra iki il Vaşinqton Universitetində oxuyub, sonra təhsilini yarımçıq qoyub və ailəsinin investisiya biznesində işləməyə başlayıb.
Ailəsi test nəticələrini uzun müddət gizli saxlasa da, Merilin daha IQ ballarını təsdiqləmək üçün Ginnesin Rekordlar Kitabı rəsmilərinə təqdim etdi. Nəticələr onun zəka səviyyəsinin Albert Eynşteyndən də çox olduğunu üzə çıxarıb. Lakin o, bu titulu davam etdirmək əvəzinə, əsl ehtirası olan yazıçılığı seçib və jurnal üçün yazmağa başlayıb.
Jurnal əvvəlcə ondan "tarixin ən çətin sualına" cavab verməsini istəyib, lakin Merilin oxucuların suallarını cavablandırmaq istədiyini bildirib. Beləliklə, onun riyaziyyat və elmdən fəlsəfəyə və gündəlik həyata qədər bir çox mövzuda sualları cavablandırdığı köşəsi yaranıb. Təxminən 30 il davam etdirdiyi bu köşə sayəsində geniş oxucu kütləsi qazanıb.
Ginnesin Rekordlar Kitabı 1990-cı ildə "dünyanın ən ağıllı insanı" kateqoriyasını çıxardı və Merilin bu titulu qazanan sonuncu şəxs oldu. Təşkilat qərara gəldi ki, zəka tək bir ölçü ilə qiymətləndirilməyəcək qədər mürəkkəbdir. Merilin də eyni fikirdədir. Onun sözlərinə görə, zəka bir çox fərqli amillərin birləşməsidir və tək bir testlə ölçülə bilməz; əslində, çox vaxt IQ balınızı ümumiyyətlə bilməmək daha sağlamdır.Ölkə.Az
00:19 / 04 May 2026
224
00:15 / 04 May 2026
111
00:13 / 04 May 2026
118
00:03 / 04 May 2026
48
00:03 / 04 May 2026
186
23:59 / 03 May 2026
159
23:55 / 03 May 2026
229
23:47 / 03 May 2026
54
23:39 / 03 May 2026
208
23:29 / 03 May 2026
48
23:27 / 03 May 2026
151
23:25 / 03 May 2026
57
23:18 / 03 May 2026
122
23:03 / 03 May 2026
204
23:01 / 03 May 2026
147
22:54 / 03 May 2026
65
22:50 / 03 May 2026
327
22:46 / 03 May 2026
163
22:36 / 03 May 2026
479
22:33 / 03 May 2026
60
22:28 / 03 May 2026
59
22:23 / 03 May 2026
59
22:15 / 03 May 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.