Qaynar xətt:

(+99450) 247 90 86

Xarkovda sərnişin qatarı dronlarla vuruldu 

news/2026_01_27/dron_1769532886.webp

DÜNYA

71

27.01.2026, 20:57

Rusiya ordusu dronlarla Xarkov bölgəsində sərnişin qatarına hücum edib. Hücum nəticəsində lokomotivdə və vaqonlardan birində yanğın baş verib, xəsarət alanlar var.

 Oxu24.com  xəbər verir ki, bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

Bildirilib ki, Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatları Barvenkovo–Lvov–Çop marşrutu üzrə hərəkət edən sərnişin qatarını hədəfə alıb. Hadisə Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Qatarda olan 291 sərnişin operativ şəkildə təxliyə edilib. Hücum nəticəsində iki nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.Ajans.az