YAP-ın İdarə Heyətindən çıxarılan 5 nəfər KİMDİR?
02 Oktyabr 2026, 16:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2090
27.01.2026, 12:56
Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir.
Oxu24.com xəbər verir ki, bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib.
Mütəxəssis bildirib ki, qanunvericiliyə edilən fəyişikliyə əsasən, artıq istehsalat təcrübəsi keçənlərlə mütləq əmək bağlanmalı olduğu ilə bağlı deyilənlər yanlışdır.
O, həmçinin artıq əlavə məzuniyyətlərin cəmlənəcəyi ilə bağlı yazılanların da doğru olmadığını söyləyib. N.Xəlilovun sözlərinə görə, bu, 23 ildir belə idi və mahiyyət dəyişməyib.
“Artıq ümumxalq hüzn günü və səsvermə günü məzuniyyətin təqvim günlərinə daxil edilməyəcəyi bildirilir. Bu, 32 il idi belə idi. Mahiyyət dəyişməyib, sadəcə Məcəlləyə daxil edilib.
“Artıq məzuniyyətə çıxanda məzuniyyət haqqının aylıq əmək haqqından az olmayacaq”. Yanlışdır.
“Ezamiyyətə getmək artıq məcburi olacaq”. Əvvəl də məcburi idi, lakin Qanun indi daha dəqiq işçinin vəzifəsi və işəgötürənin hüququ olaraq müəyyən edib.
“Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək”. Bu, əvvəl də mümkün idi. Lakin, maddədə olan normativ qeyri-müəyyənlik aradan qaldırılıb.
“Dövlət Suverenliyi Günü (20 Sentyabr) iş günü hesab edilməyəcək”. Yanlışdır, çünki bu gün bayram olsa da, iş günü hesab edilən bayram günüdür”, - deyə o əlavə edib.
16:39 / 02 Oktyabr 2026
131
16:34 / 02 Oktyabr 2026
29
16:21 / 02 Oktyabr 2026
64
16:16 / 02 Oktyabr 2026
43
16:06 / 02 Oktyabr 2026
74
16:00 / 02 Oktyabr 2026
65
15:59 / 02 Oktyabr 2026
284
15:55 / 02 Oktyabr 2026
47
15:50 / 02 Oktyabr 2026
46
15:35 / 02 Oktyabr 2026
83
15:29 / 02 Oktyabr 2026
83
15:23 / 02 Oktyabr 2026
303
15:15 / 02 Oktyabr 2026
57
15:05 / 02 Oktyabr 2026
66
15:00 / 02 Oktyabr 2026
1530
14:48 / 02 Oktyabr 2026
185
14:45 / 02 Oktyabr 2026
86
14:43 / 02 Oktyabr 2026
94
14:42 / 02 Oktyabr 2026
65
14:40 / 02 Oktyabr 2026
69
14:22 / 02 Oktyabr 2026
81
14:18 / 02 Oktyabr 2026
64
14:03 / 02 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.