Ana südü autizmə səbəb olur? – Valideynləri narahat edən iddiaya CAVAB
14 Noyabr 2026, 13:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
721
27.01.2026, 13:38
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.
Oxu24.com xəbər verir ki, “Nun” MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub.
Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək.
Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub.
Burada quraşdırılacaq avadanlığın idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.