Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
02 Oktyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
785
27.01.2026, 21:30
24 yaşlı Braziliya sakini Ketlin Nikol Ramos Santos tibb dünyasında olduqca nadir rast gəlinən hadisə ilə gündəmə gəlib. Gənc qadın hamilə olduğu halda ikinci dəfə hamilə qalıb.
Oxu24.com xəbər verir ki, Ketlin başına gələnlərə uzun müddət inanmadığını deyib. İlk dəfə hamilə olduğunu öyrəndikdə sevincinin həddi-hüdudu olmayıb. Lakin bir müddət sonra hamiləlik əlamətləri güclənib və o, yenidən analiz vermək qərarına gəlib. Nəticələr ailəni və yaxınlarını şoka salıb.
Əlavə müayinələr inanılmaz faktı təsdiqləyib: Ketlin müxtəlif vaxtlarda hamilə qalaraq eyni anda iki uşaq gözləyirmiş. Bu son dərəcə nadir vəziyyət tibb ədəbiyyatında superfetasiya adlanır. Bu zaman qadın artıq hamilə olduğu halda yenidən yumurtlayır və birincidən günlər və ya həftələr sonra ikinci hamiləlik baş verir.
Ultrasəs müayinəsi zamanı həkimlər döllərin inkişafında nəzərəçarpacaq fərq aşkar ediblər. Körpələrdən biri digərindən təxminən bir həftə kiçik olub. Buna görə də hamiləlik dərhal yüksək riskli kimi qiymətləndirilib və gələcək anaya maksimum istirahət, həmçinin daimi tibbi nəzarət tövsiyə olunub.
Ketlin bu qeyri-adi hamiləlik barədə hələ 2021-ci ildə məlumat aldığını, lakin uzun müddət hekayəsini ictimaiyyətlə bölüşməyə cəsarət etmədiyini bildirib. Yalnız indi o, yaşadıqlarını açıq şəkildə danışmağa qərar verib.
Hamiləlik prosesi sonradan daha da çətinləşib. Hər ikisi qız olan körpələr planlaşdırılandan yeddi həftə əvvəl dünyaya gəlib. İlk uşaq təbii yolla doğulub. Lakin bir saat sonra həkimlər ikinci körpənin həyatını xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı aparmalı olublar.
Ketlin həmin anları belə xatırlayır: “Bu, həyatımın ən qorxulu anı idi. Bir gecədə iki doğuş yaşadım". Yeni doğulmuş Maju və Maya ilk üç həftəni küvezdə keçiriblər. Evə buraxıldıqdan sonra ailəni yeni çətinliklər gözləyib. Həyat yoldaşı işdə olduğu müddətdə Ketlin demək olar ki, təkbaşına uşaqlara qulluq edib.
Qeyd edək ki, bu qeyri-adi hamiləliklə birlikdə Ketlin hazırda üç uşaq anasıdır. Yorğunluq və qorxuya baxmayaraq, o, yaşadıqlarına görə peşman olmadığını bildirir.
“Bu, məndən hər şeyi aldı – yuxumu, gücümü, vaxtımı. Amma inanıram ki, istənilən ana bunun öhdəsindən gələ bilər”, – deyə braziliyalı ana etiraf edib.

16:39 / 02 Oktyabr 2026
1
16:34 / 02 Oktyabr 2026
12
16:21 / 02 Oktyabr 2026
42
16:16 / 02 Oktyabr 2026
37
16:06 / 02 Oktyabr 2026
64
16:00 / 02 Oktyabr 2026
59
15:59 / 02 Oktyabr 2026
244
15:55 / 02 Oktyabr 2026
46
15:50 / 02 Oktyabr 2026
45
15:35 / 02 Oktyabr 2026
80
15:29 / 02 Oktyabr 2026
80
15:23 / 02 Oktyabr 2026
278
15:15 / 02 Oktyabr 2026
55
15:05 / 02 Oktyabr 2026
63
15:00 / 02 Oktyabr 2026
1468
14:48 / 02 Oktyabr 2026
182
14:45 / 02 Oktyabr 2026
85
14:43 / 02 Oktyabr 2026
89
14:42 / 02 Oktyabr 2026
64
14:40 / 02 Oktyabr 2026
68
14:22 / 02 Oktyabr 2026
80
14:18 / 02 Oktyabr 2026
63
14:03 / 02 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.