Öz ölkəsində cinayət törədən miqranta Rusiya vətəndaşlığı və yaşayış icazəsi verilməyəcək
27 Yanvar 2026, 10:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
209
27.01.2026, 12:07
Siyasi şərhçi qorxunc proqnoz: “ABŞ Tehranla razılaşmaya getsə, belə, İrana hərbi hücumu dayandırmayacaq”
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməkdə və dialoq aparmaqda maraqlı olduğunu bildirib. Bu baş tutarsa, ABŞ İrana qarşı təhdidini dayandıracaq? Yaxud, bu razılaşmada İsrail təhdidi də ortadan qalxacaq?
Oxu24.com-un mövzu ilə bağlı sualını siyasi şərhçi Müşfiq Abdulla cavablandırıb.
O, bildirib ki, ABŞ prezidenti İran sahillərinə və Yaxın Şərqə böyük bir armada göndərməklə yanaşı rəsmi Tehrana son seçim imkanı verir:
”İranın Vaşinqtonla razılaşma əldə etməkdə və dialoq aparmaqda maraqlı olduğuna dair Donald Trampın açıqlaması da diplomatik imkanların hələ tükənmədiyi mesajını verir. Yəni,Vaşinqton irəli sürdüyü şərtlərin yerinə yetirələcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyatları təxirə salmağa hazır olduğunu demək istəyir. Bu tələblər sırasında ilk yeri İranın nüvə proqramının dayandırılması və 400 kiloqram zənginləşdirilmiş uran ehtiyatının ABŞ-yə, yaxud MAQATE-yə təhvil verilməsi tutur. İkincisi, ballistik raketlərin istehsalına son qoyulması və uzaqmənzilli raketlərin ABŞ-nin nəzarətinə verilməsi təşkil edir. Üçüncü şərt İran Yaxın Şərqdəki terror qruplarına və proksi qüvvələrə dəstəyini dayandırmalıdır. Dördüncü, ölkədə rejim dəyişikliyinə səbəb olacaq siyasi və hüquqi islahatlara getməlidir”.
Həmçinin oxuyun
Siyasi şərhçi İranın bu şərtləri qəbul etmədiyini deyir:” Lakin real vəziyyət sülh imkanlarının tükəndiyini, yəni İranın bu şərtləri qəbul etmədiyini göstərir. Yanvar ayının birinci yarısında, yəni, etiraz aksiyaları davam etdiyi vaxtlarda ABŞ prezidenti Stiv Uitkofla İranın xarici işlər naziri Abbas Əraqçi arasında qapalı danışıqların getdiyinə dair məlumatlar yayılsa da, sonradan rəsmi Vaşinqton hər hansı müzakirələrin getmədiyini bildirdi. Regionda eskalasiya riskinin artan xətt üzrə getməsi həm Rusiya prezidenti Vladimir Putinin İsrail və İranla, həm də, son günlər Uitkof və Əraqçi arasında baş tutan telefon danışığının nəticə vermədiyini göstərir. İranın 10 min kilometr məsafəni vuran və nüvə başlığı daşımaq qabiliyyətinə malik olan qitələrarası raketi sınaqdan keçirməsi istər İsrail, istərsə də ABŞ üçün təhlükə risqlərini aratırır”.
M.Abdullanın fikrincə ABŞ İrana zərbə endirəcək.
"Hesab edirəm ki, ABŞ-nin İrana zərbə endirməsi qaçılmazdır. Prezident Trampın “Axios” nəşrtinə müsahibəsində İranla bağlı yekun qərar vermədiyini və bu həftə ona əlavə hərbi planların təqdim olunacağı barədə dedikləri, hücum əməliyyatına hazırlığın hələ başa çatmadığı qənaətini yaradır. Venesuelanın hazırda ABŞ-də olan prezidenti Nikolas Maduronun da devrilməsi əməliyyatına hazırlığın iki aydan çox davam etdiyini nəzərə alsaq, İranın vurulması bir müddət təxirə salına bilər. Ancaq ABŞ-nin İrana zərbə endirməkdən imtina edəcəyini düşünmürəm. Hətta, ABŞ ciddi səbəb olmadan əməliyyatları təxirə salıb geri çəkilsə belə, İsrailin İrana qarşı ikinci müharibəyə başlayacaq”-deyə siyasi şərhçi vurğulayıb.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçı İrana hücumu təxirə salmaq üçün ABŞ Prezidenti Donald Trampa yazılı mesaj göndərib. Adının çəkilməsini istəməyən İsrail rəsmisi bildirib ki, Trampın xüsusi elçisi Stiv Uitkoff mesajı Məsud Pezeşkianın yazılı zəmanəti ilə birlikdə ABŞ prezidentinə çatdırıb. Mənbənin sözlərinə görə, Arakçının göndərdiyi mesaj Vatsap vasitəsilə qəbul edilib.
Əntiqə Rəşid
13:49 / 27 Yanvar 2026
12
13:43 / 27 Yanvar 2026
35
13:38 / 27 Yanvar 2026
28
13:32 / 27 Yanvar 2026
20
13:21 / 27 Yanvar 2026
111
13:09 / 27 Yanvar 2026
550
13:03 / 27 Yanvar 2026
38
12:56 / 27 Yanvar 2026
358
12:48 / 27 Yanvar 2026
60
12:40 / 27 Yanvar 2026
41
12:23 / 27 Yanvar 2026
174
12:00 / 27 Yanvar 2026
64
11:45 / 27 Yanvar 2026
921
11:30 / 27 Yanvar 2026
96
11:18 / 27 Yanvar 2026
247
11:00 / 27 Yanvar 2026
75
10:57 / 27 Yanvar 2026
67
10:55 / 27 Yanvar 2026
73
10:47 / 27 Yanvar 2026
284
10:19 / 27 Yanvar 2026
81
10:11 / 27 Yanvar 2026
97
10:08 / 27 Yanvar 2026
352
09:39 / 27 Yanvar 2026
876
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.