Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7362
27.01.2026, 21:18
Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar mediada böyük müzakirələrə səbəb olub.
Bu gün mediada Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində tutduğu vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.
Manşet.az saytının yazdığına görə,bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Bu,informasiya da birmənalı qarşılanmayıb.Müəyyən çaşqınlıq yaradıb.
Yaranan suallarla bağlı Röya Musayeva Oxu24.com saytına özəl müsahibə verib.
Həmin müsahibədən bir hissəni təqdim edirik:
-Röya xanım,bu gün yerli mediada Sizin vəzifənizdən azad olunmağınız barədə məlumat yayıldı.Bu informasiya müəyyən suallara səbəb oldu. Siz nə zaman vəzifənizdən azad olunmusunuz?
-Bütün bunlar yalnış informasiyalardır.Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb,işdən çıxmışam.Bundan əvvəl yazılan xəbərlərdə də,mənim həmin Nazirlikdə işlədiyim yazılmışdı.Yəni,əvvəllər işləmişəm,hazırda yox...Yayılan xəbərdə hazırda orada işləyir yazılmamışdı axı... Bu xəbərlər hardan çıxdı?
-Röya xanım,sosial şəbəkələrdə Sizin müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılmağınız yazılır.Buna münasibətiniz?
-Xeyr,bu tamamı ilə əsassız xəbərlərdir.Dedim axı,saytlarda yazılan informasiyalarda "işləyib" yazılmışdı.Öz ərizəmlə illər öncə işdən azad olunmuşam.Xahiş edirəm,bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin.Orada hər şey yazılıb.Bəzi jurnalistlər,adamlar qruplaşma yaradıblar.Müəyyən təbliğatlar aparırlar.Ayıbdır,vallah...Qurumla,durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilərki?...Mümkünatsız şeydir...
-Röya xanım,ən çox müzakirə mövzusu Sizin "polkovnik" rütbənizlə bağlıdır.Münasibətiniz?
- Yalnışdır...Məni bu cürə mənasız suallarla narahat etməyin...Əsassızdır...
-Bəs,Sizin vətəndaşlarla,şəhid ailələri ilə görüşləriniz olub.Həmin görüşlərdən fotolar var...
-Mən Nazirliyin işçisi olmuşam.Vətəndaşlarla görüşməyim normal haldır.Burada nə varki?
-Siz məni doğru başa düşmədiniz...Formada görüşünüzü nəzərdə tuturam...
-Hamısı boş iddialardır...Sübutlarla gəlin,insanları boş-boş ittiham etməyin.Hamısı o xanımın iddialarıdır.Yaxında özüm geniş açıqlama verəcəm,sağolun...
Müsahibəni apardı: Miri Məcidli
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.