Aralıq dənizində zəlzələ baş verib
12 İyun 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
115
01.01.1970, 04:00
Rusiya prezidenti Vladimir Putin Donald Trampın xüsusi nümayəndəsi ilə Sankt-Peterburqda görüşdən əvvəl 8 gün ictimai tədbirlərdə görünməyib.
Oxu24.com musavat.com-a istinadla xəbər verir ki, bu barədə komp1 saytı yazıb. “Kremlin saytında dərc olunan xəbərlərin təhlilinə əsasən, 2025-ci ilin əvvəlindən bəri prezident ikinci dəfədir ki, uzun müddətli ictimaiyyətin gözündən itib. Əvvəlki üç ildə Putinin iş qrafikində ilk üç ayda belə tez-tez və uzun fasilələr olmayıb. Putin sonuncu dəfə Çinin xarici işlər naziri Vanq Yi və Serb Respublikasının prezidenti Milorad Dodiklə görüşüb” deyə, ən müxtəlif mənbələr bildirib.
Xəbərə görə, aprelin 1-dən sonra Kreml yalnız əvvəlcədən lentə alınmış kimi görünən görüşlər haqda süjetlər yayıb. Belə ki, aprelin 1-dən 9-dək Putinin Buryatiyanın rəhbəri Aleksey Tsydenov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, mədəniyyət naziri Olqa Lyubimova, “Aeroflot” şirkətinin rəhbəri Sergey Aleksandrovski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşləri haqda Kremlin rəsmi saytda dərc edilib. Bu görüşlərin isə əvvəldən lentə alındığı söylənilir.
Qeyd olunur ki, sonuncu dəfə prezident belə uzun müddətli Yeni il bayramları zamanı ( dekabrın 29-dan yanvarın 8-i daxil olmaqla) görünməyib. Ümumilikdə, ilin əvvəlindən prezident kütləvi tədbirlərdə iştiraka 42 gün həsr edib.
2024-cü ildə Putin ilin əvvəlində ardıcıl beş gündən çox, 2023-cü ilin əvvəlində kütləvi tədbirlər olmadan ən uzun müddət martın 23-dən 29-a qədər olub, 2022-ci ildə isə Putin yalnız Yeni il tətillərində uzun müddətli ictimaiyyətə görünməyib.
Telegram kanalı isə iddia edirlər ki, Putin görünmədiyi günlərdə Soçidə olub, beynəlxalq təmaslara hazırlaşıb. Digər mənbələr isə iddia edib ki, Putin ABŞ prezidenti Donald Trampın ticarətlə bağlı qərarını şərh etməkdən yayınmaq üçün gizlinə çəkilib. “Putinin dünya bazarlarında qeyri-sabitliyə mənfi münasibəti var, lakin o, hələlik bilərəkdən qərara sərt münasibət bildirməkdən çəkinib", - mənbələrdən biri qeyd edib.
Yada salaq ki, aprelin 11-də Putin və Trampın Yaxın xüsusi nümayəndəsi Stiv Vitkoffla 4 saatdan çox davam edən qapalı formatda görüş keçirib. Tərəflər Ukraynadakı münaqişənin həlli, Rusiya və ABŞ liderləri arasında mümkün görüşləri müzakirə ediblər.
Həmçinin oxuyun
12:53 / 12 İyun 2026
1
12:47 / 12 İyun 2026
70
12:39 / 12 İyun 2026
24
12:36 / 12 İyun 2026
26
12:35 / 12 İyun 2026
29
12:31 / 12 İyun 2026
39
12:22 / 12 İyun 2026
52
12:20 / 12 İyun 2026
34
12:15 / 12 İyun 2026
46
12:06 / 12 İyun 2026
42
11:56 / 12 İyun 2026
208
11:51 / 12 İyun 2026
54
11:49 / 12 İyun 2026
44
11:38 / 12 İyun 2026
666
11:35 / 12 İyun 2026
50
11:30 / 12 İyun 2026
53
11:26 / 12 İyun 2026
58
11:24 / 12 İyun 2026
57
11:22 / 12 İyun 2026
136
11:19 / 12 İyun 2026
94
11:15 / 12 İyun 2026
90
11:08 / 12 İyun 2026
44
11:05 / 12 İyun 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.