Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı 

Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı 

DÜNYA

44

23.11.2026, 10:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanda yeni konstitusiyanın layihəsi dərc olunub və mətndə Müstəqillik Bəyannaməsinə heç bir istinad öz əksini tapmayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumatlar yayılıb.

Konstitusiya layihəsinin preambulası bu cür ifadə edilib:

"Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə firavan bir dövlət qurmaq və onu nəsildən-nəslə ötürmək missiyasını rəhbər tutaraq, Ermənistan konstitusiyasını qəbul edirik".

Layihədə, həmçinin vurğulanır ki, konstitusiya daxili və xarici münasibətlərin əsas prinsiplərinə dair kollektiv bir razılaşmadır.

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni konstitusiya layihəsini üçün xüsusi olaraq yaradılmış saytın keçidini paylaşıb.

"Əziz xalqım, Ermənistanın hörmətli vətəndaşları! Ermənistanın yeni konstitusiya layihəsini məhz bunun üçün yaradılmış xüsusi saytda təqdim etməkdən məmnunluq duyuram. Platforma hər bir vətəndaşın yeni konstitusiya layihəsi ilə maksimum rahat şəkildə tanış olması və öz təkliflərini verməsi üçün hazırlanıb. Saat 10:00-da canlı yayımda müraciət edəcəyəm. Bu, sənin konstitusiyandır", - deyə Paşinyan qeyd edib.