Qaynar xətt:

(+99450) 247 90 86

İranı bitirən SƏBƏBLƏR    —   Onlar  necə qonşudur?  -  GİZLİ DETALLAR

news/2026_01_02/protest_in_iran_december_2025_specialeurasia_400x267_1767359320.png

DÜNYA

923

02.01.2026, 17:00

46 ildir qazdığı quyuya düşən İranın çalxalanma SƏBƏBLƏRİ 

 

Oxu24.com xəbər verir  ki,çoxdan gözlənilirdi, amma belə gec  baş verəcəyinə inam yox idi. İranda dünəndən başlayan  sosial-siyasi gərginlik elə sürətlə gedir ki, sürətinə çatmaq, hadisələri ardıcıl analiz etmək mümkün deyil. Hər an yeni bir sürprizlə qarşılaşmamaq mümkün deyil. 

İran niyə bu vəziyyətə düşdü? 

Gəlin, son 2 gündə İranın siyasi – sosial mənzərəsini nəzərdən keçirək:

1. 29 dekabrda İran mediası 11 nəfərin saxlanıldığı barədə məlumat yaydı.

2. 31 dekabrda artıq İranda maliyyə böhranı fonunda başlayan etiraz aksiyaları zamanı Tehran Universitetinin 4 tələbəsi saxlanıldı.

3.Vəziyyətin gərgin tempdə irəlləməsindən təşviş keçirən İran Prezidenti Məsud Pezeşkian bu çaxnaşmanı yaranasına səbəb  ölkədə mövcud problemləri səbəb bildi. Din rəhbərlikdən fərqli olaraq , o   

insanlar narazılığının məsuliyyətini xarici ölkələrin  deyil, elə  ölkə rəhbərliyinin üzərinə qoydu.

4. Etirazların sürətlə genişləndiyi zamanda  İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvi meydana çıxdı və İİR-nı “tarixin sonuna yaxınlaşan rejim” kimi xarakterizə edərək, mövcud hakimiyyətin çökməsinin artıq zaman məsələsi olduğunu bildirdi:” rejim bütün təzyiq mexanizmlərinə baxmayaraq, xalqın artan narazılığı qarşısında tab gətirə bilmir”.

 5. Basic qərargahına Molotov kokteyli atılması,  Həmədanda zorakılıq edən polisin döyülməsi, etiraz aksiyalarının Tehran, Məşhəd, Həmədan, Sabzevar, Kuhdəşt kimi iri bölgələrdə aktivləşməsi  “bu xəmirin hələ çox su aparacağını” göstərir.

Ədalətsizlik və hüquqsuzluq

Soruşuruqsa, hər böyük bir hadisənin  müəyyən bir  prosesin nəticəsi olduğunu bilməliyik. Əslində İranın dini rəhbərliyinin  XXI əsrdə qanunlara pərçim etdiyi qeyri-qanuni maddələr, bəndlər  sonda İran xalqını  son bir nöqtəyə gətirməyi bacardı.  2022-ci il sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü səssiz keçməmişdi. Kütləvi etirazlara səbəb olan hadisədə gənc qızın polis zorakılığı nəticəsində  öldürülməsi xalqı ayağa qaldırdı.

 Artıq gün kimi aydın idi ki, aksiyalarda iştirak edən qadınlara və gənc qızlara həbsxanalarda cinsi təcavüz edilib. Məhsa Əmininin anası və yaxınları hadisədən sonra aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başladı.  Bu müddət ərzində 415-dən çox etirazçı həlak oldu, daha çox insan yaralandı. 15 minə yaxın adam həbs edildi. Xana adlı kürd qızı  etirazlara qoşulur və bir çox digər qadınlar kimi hicabını açıq şəkildə yandırır. Onunla birlikdə daha 30-40 qadın, həmçinin polis əməkdaşları tərəfindən şiddətli döyülən 13-14 yaşlı yeniyetmələr polis bölməsinə aparılıb. "Ancaq cinsi istismara məruz qalan qızların vəziyyəti daha pis idi" . Uzun sözün qısası, proseslər  İran polislərinin və güc stukturlarının köməkliyi ilə susduruldu. 

Kasıbçılıq həddi: aztəminatlı insanların artması 

Bu hüquqsuzluğun, zorakılığın fonunda  sosial -iqtisadi  problem və çətinliklər İran  molla rejimindən usananları daha da qəzəbləndirdi. Bürokratik, hüquqi   əngəllərə bir də işsizlik problemindən qaynaqlanan kasıbçılıq əlavə edildi. Yoxsulluq həddində olan əhaliyə təbii fəlakətlər zamanı  ( sel, daşqın, zəlzələ) maddi dəstək almayanların səssiz etirası “şişməyə” başlayırdı. Üstəlik ən adi tələbat olan suyun yetərincə olaması da insanları sosial partlayışa hazırlayırdı. Hakimiyyət isə necəki,  Urmiya gölünün qurmasının qarşısını almağa  aciz qalışdı, elə bu ilin noyabrında , su problemini həll etməkdə də  gözlərini döyə-döyə qaldı.Təsəvvür edin ki, hökumətdən əlini üzmüş xalq “yağış duası”na çıxaraq Allahdan yağış tələb etdilər.

 Bəli, Pezeşkian düz deyirdi, daxili təhlükəsizliyə nəzarət etməyi bacarmayan molla rejimi düşmən axtarışında xarici qüvvələri günahkar sayırdı. 

Hərbi müdafiə sisteminin iflic olması

Xüsusən , onu uzun illərdir təhdid edən ABŞ, İsrail dövlətlərinin  təhdidlərinin acısını Azərbaycan çıxmağa çalışırdı. ABŞ İran əleyhinə qərar çıxardır, İran Azərbaycanı hədəf alır, İsrail  2020-ci ilin iyulunda İrandakı Natanz, 2021-ci ilin aprelində yenə Natanz və iyununda Kərəcdəki nüvə mərkəzini bombalayır İran Bakını hədələyirdi. 

 Düz 35 ildir Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana dəstək verən, ona silah, yanacaq, ərzaq və digər təminatlarla təmin edən İran son 5 ildə Ermənistanın sərhədləri üçün Ermənistandan daha çox aktivlik, canıyananlıq göstərib. Ermənistan ərazilərini özünün “qırmızı xətti” adlandırıb, Azərbaycana təhdid, təhqir, təzyiqlər göstərib.

Yəqin xatırlayırsınız, 13 iyun 2025-ci il, səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu başladı. "12 günlük savaş" kimi tarixə düşən bu münaqişə cəmi 12 gün çəksə də amma İran üçün ağır itkilərə mail oldu.

İsrail Müdafiə Qüvvələri və Mossad tərəfindən həyata keçirilən hücumlar nüvə obyektlərini, hərbi obyektləri və rəsmilərin iqamətgahını hədəf aldı və darmadağın etdi. 

İran üçün ən qorxunc olanı isə 14 iranlı nüvə alimi , eləcə də SEPAH-dan 20-dən çox məmur və digər yüksək rütbəli komandirlər, ( 10 -u general olmaqla) öldürülməsidir.

 Bəli,  partlayışlar ölkənin ən mühüm nüvə obyektlərindən birinin yerləşdiyi İranın İsfahan vilayətinin Natanz şəhərində qeydə alındı. Xondab və Xürrəmabaddakı nüvə obyektləri yerlə yeksan edildiyi də təsdiqləndi.

Üstəlik bir sıra iri şəhərlərdə  bombardman zamanı xeyli dağıntılar  olduğu da təsdiqləndi.

 

Qapalı həbsxanadan qaçanlar: İranlı məmur balaları 

   Üstəlik bu 12 gündə 610 İranlının bombardman zamanı  öldüyü , 4700 nəfərdən isə çoxunun yaralandığı rəsmən təsdiqləndi. Amma HRANA (2009-cu ildə iranlı insan haqları müdafiəçiləri tərəfindən insan hüquqlarının pozulması ilə bağlı gündəlik xəbərləri çatdırmaq və yaymaq üçün yaradılmış media agentliyi )iddia etdi ki, ölənlərin sayı 974,  yaralıların sayı isə 3458 nəfərdən çoxdu.

 Elə bu faktlar xalqı digər problemlərdən daha çox ağrıtdı. Öz dövlətinin nə qədər aciz olduğunu anlayan  İran vətəndaşları sosial, iqtisadi,  siyasi müdafiəsinin üzərinə birdə hərbi cəhətdən tam müdafiəsiz olduğunu anlayaraq çökdü. Qapalı həbsxanaya dönmüş İranda sosial medianın məhdudlaşdırılması molla rejiminə nifrəti alovlandıran  son damla oldu. Dünya xalqlarının yaşam tərzini,  uğur və inkişaf perespektivlərini sanki XX əsrin əvvəllərindən izləyirmiş kimi baxan izləmək imkanları bitdikdən sonra xalqla dövlət arasındakı  uçurumlar yarandı. 

 Ən dəhşətlisi isə odur ki, İran adlı qapalı həbsxanadan qurtulmaq, qaçmaq ümkün deyil.  “Qanunla” ölkəni yalnız məmur balaları tərk edə bilərlər. Hələ 2022-ci ildə İran parlamentinin üzvü 5400 İran məmurunun övladları xaricdə yaşadığını yaymışdı.

Sonda ABŞ Dövlət Departamentinin rəsmisinin dediyi fikirlə razılaşmaya bilmirsən: "İranda son günlərdə baş verən ümummilli etirazlar, xalqın İslam Respublikasının fəaliyyətinə və bəhanələrinə qarşı "anlaşılan" qəzəbini əks etdirir". 

İran İslam Respublikasının dini rəhbərliyinin və onun simasında bütün idarəedici, qanunverici orqanları ölkəsi üçün elə bir dərin quyu qazıb ki, nə özləri çıxa bilir, nə xalqı ordan çıxartmaq imkanları yoxdur.  Düz 46 ildir 80 ilyonluq xalq molla rejiminə nifrətlə yaşayır. Bu gün isə o nifrətin "qusmaq " vaxtıdır.

 Əntiqə Rəşid