Qaynar xətt:

(+99450) 247 90 86

Xəzər dənizində tanker partladı: ölənlər var

2019-06/1560232006_tanker-partladi.jpg

DÜNYA

1702

11.06.2019, 09:46

  Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.
Oxu24.com  xəbər  verir  ki, Bu barədə “Ren TV” məlumat yayıb. “Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. “İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir. “RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib. Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub. “Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər. {banner_reklam} Günün digər  xəbərləri:  Bakıda dəhşətli anlar kamerada: Maşın göyə "uçdu"+VİDEO 5 milyardlıq vergi iddiası: Ruslan Əsgərov həbs edildi – Foto Dünyanın ən qəribə heyvanı: Bir saniyədə yumula və görünməz ola bilir+MARAQLI VİDEO