Qaynar xətt:

(+99450) 247 90 86

İran güc nümayiş etdirir: Elə silah hazırlandı ki, 5 dəqiqə ərzində...

2019-06/1560094384_605cfd001548cdc.gif

DÜNYA

1003

09.06.2019, 19:34

\"\"  Bu gün İran Müdafiə Nazirliyi \"Xordad-15\" mobil hava hücumundan müdafiə sistemini təqdim edib.
Oxu24.com -un  \"Tasnim\" agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə naziri Əmir Hatəmi Tehranda keçirilən mərasimdə təqdim edib. Müdafiə naziri deyib ki, \"Xordad-15\" 150 km məsafədə hərbi təyyarə və pilotsuz təyyarələri aşkarlamaq və 120 km məsafədə \"Sayad-3\" raketləri ilə  məhv etmək qabiliyyətindədir. \"Xordad-15\"kiçik obyektləri 85 km məsafədə aşkarlamaq və 45 km diapazonda məhv edə bilir. Ə. Hatəmi sistemin eyni zamanda 6 hədəfi izlədiyini qeyd edib. \"Xordad-15\" 5 dəqiqəyə hazır vəziyyətə gətirilir. Yeni silah artıq İran ordusunun sərəncamına verilib.