Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14264
az

Almaniyada əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə hökm oxundu

23:1706 İyun, 2019
700
DÜNYA
  • A
 
Almaniyanın Oldenburq şəhər məhkəməsi keçmiş sanitar Hils Hegeli işlədiyi klinikada 85 pasiyenti öldürdüyünə görə, ömürlük həbsə məhkum edib. Bu barədə The Guardian məlumat yayıb.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, 42 yaşlı Heqel 2000-2005-ci illərdə Almaniyanın şimalındakı Oldenburq və Delmenxorst şəhər klinikalarında işləyib. O verdiyi dərmanla xəstələrin ürəyinin fəaliyyətini dayandıraraq, sonra yenidən onları həyata qaytarmağa çalışırmış. Lakin bu fəaliyyət əsasən, uğursuzluqla nəticələnirmiş. Heqel bu yolla 85 nəfərin ölümünə səbəb olub.

Hakim Sebastyan Byurmann bildirib ki, Heqelin hərəkəti heç bir məntiqə sığmayıb və xüsusi ağır cinayətlər qismindəndir.

Araşdırmalar zamanı məlum olub ki, Heqel öldürdüyü xəstələri şəxsən tanımayıb, o sadəcə həmkarları qarşısında öyünmək və darıxdığı üçün belə addım atıb.
Heqel 2005-ci ildə həbs edilib. O zamandan onun cinayət işi üzrə iki dəfə məhkəmə başladılıb. Yeni məhkəmə prosesi 2018-ci ildə başlayıb. Son məhkəmə prosesi çərçivəsində Heqelin növbətçiliyi zamanı ölmüş 130 pasiyentin məzarları açılaraq ekspertizaya göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ