Ufoloqlar Marsda hələ də şüurlu varlıqların yaşadığını iddia edirlər.
Oxu24.com ölkə.az-a istinadla xəbər verir ki, bu günlərdə Mars planeti ilə bağlı yeni kəşf bir çox alimin də marağına səbəb olub. Bu dəfə də yeni kəşfə tayvanlı məşhur ufoloq Skott Uorinq imza atıb. Bir çoxları onun bu kəşfinə şübhə ilə yanaşsa da, ona inananların da sayı kifayət qədərdir.
Skott NASA-nın lentə aldığı video və fotoları incələyərkən yeraltı bazaya giriş qapısını görüb. Söhbət adi qapıdan yox, 1 neçə kilometr ölçüsü olan qapıdan gedir. Digər fotolarda da bu qapı görünür və düzbucaqlı formadadır. Bu səbəbdən onun təbii yox, süni olduğu iddia edilib. Hələlik qapının kim tərəfindən və məhz hara açıldığı barədə məlumat yoxdur.
Skott bildirir ki, kəşf etdiyi ərazi tərk edilmiş baza da olsa, gələcəkdə planetimizin sakinləri tərəfindən istifadə edilə bilər. Oxu24.com
ŞƏRHLƏR