Qaynar xətt:

(+99450) 247 90 86

Əsgərlər 100 nəfəri güllələdi

2019-06/1559772083_02-00-02.jpg

DÜNYA

643

06.06.2019, 02:03

\"\"    Bazar ertəsindən başlayaraq Sudan ordusu paytaxt Xartumda, Müdafiə Nazirliyinin qarşısındakı meydanda  etirazçılar tərəfindən qurulmuş çadır düşərgələrini odlu silahdan atəş açaraq dağıtmağa başlayıblar. Əsgərlər meydana giriş çıxış yolunu bağlayaraq qətliyam törədiblər.
Hadisə zamanı 60 nəfərə qədər sudanlı öldürülüb.
 “Associated Press”in məlumatına görə, bu gün Nil çayından daha 40 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 100-ə çatıb.
Sudanda bu il davam edən 4 aylıq etirazlardan sonra hərbi çevriliş baş verib. Prezident Ömər əl Bəşir hakimiyyətdən uzaqlaşdırılaraq həbs edilib. Hakimiyyəti hərbi keşid şurası ələ keçirib. Hərbçilərin vədlərinə baxmayaraq, xalqın etirazları dayanmır. Nümayişçilər vətəndaş hakimiyyət orqanının yaradılmasını tələb edirlər.