Rusiya Xarici İşlər Nazirliyi Yaponiyaya tələb irəli sürüb
20 Oktyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1225
11.07.2025, 09:20
ABŞ Azərbaycan və Ermənistanın sülh prosesinin irəliləməsini istiqamətində davam edən səylərini dəstəkləyir.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus sülh konfransında bildirib.
"Biz Cənubi Qafqazda sülh və sabitliyin təşviqi istiqamətində səyləri dəstəkləyirik", - deyə o, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə baş tutan görüşlə bağlı sualı cavablandırarkən bildirib.
O, əlavə edib ki, Vaşinqton KİV-lərdə dərc olunan müvafiq xəbərlərini izləyir: "Hazırda bizim paylaşacaq əlavə məlumatımız yoxdur".
Temmi Bryus indiki Amerika administrasiyasının mövqeyini də qeyd edib.
"Bildiyiniz kimi, prezident Tramp və dövlət katibi Rubionun yanaşması öz sözünü deyir. Prezidentin Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən iclasında söylədiyi fikirlər aydın oldu: Bu administrasiya sülhə sadiqdir", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
21:06 / 20 Oktyabr 2026
14
21:03 / 20 Oktyabr 2026
23
21:00 / 20 Oktyabr 2026
27
20:55 / 20 Oktyabr 2026
23
20:54 / 20 Oktyabr 2026
37
20:50 / 20 Oktyabr 2026
45
20:43 / 20 Oktyabr 2026
32
20:34 / 20 Oktyabr 2026
41
20:17 / 20 Oktyabr 2026
61
20:12 / 20 Oktyabr 2026
79
20:01 / 20 Oktyabr 2026
450
20:00 / 20 Oktyabr 2026
63
19:54 / 20 Oktyabr 2026
61
19:48 / 20 Oktyabr 2026
65
19:41 / 20 Oktyabr 2026
108
19:39 / 20 Oktyabr 2026
307
19:28 / 20 Oktyabr 2026
69
19:17 / 20 Oktyabr 2026
87
19:05 / 20 Oktyabr 2026
68
18:56 / 20 Oktyabr 2026
88
18:46 / 20 Oktyabr 2026
71
18:34 / 20 Oktyabr 2026
66
18:26 / 20 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.