Ermənistanın aldığı qırıcı nələrə qadirdir?
20 Oktyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
685
08.07.2025, 14:31
Macarıstanda qasırğa bütün ölkə boyu on minlərlə insanı işıqsız qoyub.
Oxu24.com xəbər verir ki, Masarıstan Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlərin İdarə Edilməsi Departamentinin məlumatına görə, iyulun 8-nə keçən gecə ölkədə son 30 ildə ən böyük elektrik kəsilməsi baş verib.
Macarıstanın baş naziri Viktor Orban özünün Facebook səhifəsində yazıb: "Dünən gecə baş verən tufan ölkəyə ciddi ziyan vurub. 366 min ev işıqsız qalıb, lakin bu gün səhərə qədər biz bu rəqəmi 50 minə endirə bildik. Elektrik təchizatı şirkətləri problemlərin aradan qaldırılması üçün daim çalışırlar", - yazıb.
Macarıstan Daxili İşlər Nazirliyi də öz növbəsində bildirib ki, pis hava şəraiti səbəbindən ağaclar qopub, yaşayış və inzibati binaların damları uçub, reklam konstruksiyaları dağıdılıb.
Ən çox təsirlənən ərazilər ölkənin şimalında, Balaton gölünün ətrafında və Dunay çayının şərqindəki düzənlikdə olub. İyulun 8-i səhər saatlarında, qeyd edildiyi kimi, mütəxəssislər hələ də yolları və dəmir yollarını təmizləyirdilər. Nəşr zamanı itkilər barədə məlumat yoxdur.
İyulun 8-də qasırğa səbəbindən Polşada 1607 müxtəlif hadisənin baş verdiyi, 7 nəfərin yaralandığı bildirilib. Ölkə sakinlərindən güclü külək zamanı lüzumsuz olaraq evlərini tərk etməməyə, həmçinin hava proqnozunu izləməyə çağırılıb.
Nigar
23:59 / 20 Oktyabr 2026
75
23:35 / 20 Oktyabr 2026
95
23:23 / 20 Oktyabr 2026
83
23:16 / 20 Oktyabr 2026
75
22:54 / 20 Oktyabr 2026
109
22:44 / 20 Oktyabr 2026
94
22:33 / 20 Oktyabr 2026
128
22:22 / 20 Oktyabr 2026
87
22:22 / 20 Oktyabr 2026
96
21:51 / 20 Oktyabr 2026
204
21:47 / 20 Oktyabr 2026
179
21:42 / 20 Oktyabr 2026
107
21:39 / 20 Oktyabr 2026
416
21:33 / 20 Oktyabr 2026
1152
21:28 / 20 Oktyabr 2026
97
21:22 / 20 Oktyabr 2026
478
21:17 / 20 Oktyabr 2026
97
21:15 / 20 Oktyabr 2026
96
21:06 / 20 Oktyabr 2026
93
21:03 / 20 Oktyabr 2026
85
21:00 / 20 Oktyabr 2026
79
20:55 / 20 Oktyabr 2026
76
20:50 / 20 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.