Ermənistanın aldığı qırıcı nələrə qadirdir?
20 Oktyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2990
08.07.2025, 07:48
Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir.
Oxu24.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatına istina edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.
“Bu, Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur”, - Saakaşvili vurğulayıb.
Saakaşvili hesab edir ki, həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Rusiya Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər.
“Rusiyanın strateji məqsədləri tam aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin bir vaxtlar Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geri dönülməz şəkildə tabe etmək”, - sabiq prezident qeyd edib.
Onun fikrincə, buna ən yaxşı cavab Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması və Gürcüstanın etiraz hərəkatına İvanişvili rejimindən xilas olmaqda köməklik göstərilməsi olardı.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor Zemskovun Teleqramını dərc edib.
Kəşfiyyatın mətbuat xidmətinin məlumatına görə, sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Gümrü (Ermənistan) şəhərindəki Rusiya hərbi bazasının tam komplektasiya yolu ilə rus qoşunları qrupunun artırılması haqqında əmri var.
Bildirilir ki, Teleqramda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci birləşmiş silahlı qoşunlarının hərbi qulluqçuları arasından şəxsi heyətin seçilməsi yolu ilə Rusiya bölməsinin hissələrinin təcili tam komplektləşdirilməsi üçün tədbirlərin siyahısı göstərilir.
23:59 / 20 Oktyabr 2026
96
23:35 / 20 Oktyabr 2026
125
23:23 / 20 Oktyabr 2026
95
23:16 / 20 Oktyabr 2026
92
22:54 / 20 Oktyabr 2026
125
22:44 / 20 Oktyabr 2026
115
22:33 / 20 Oktyabr 2026
135
22:22 / 20 Oktyabr 2026
93
22:22 / 20 Oktyabr 2026
113
21:51 / 20 Oktyabr 2026
235
21:47 / 20 Oktyabr 2026
213
21:42 / 20 Oktyabr 2026
120
21:39 / 20 Oktyabr 2026
484
21:33 / 20 Oktyabr 2026
1771
21:28 / 20 Oktyabr 2026
106
21:22 / 20 Oktyabr 2026
530
21:17 / 20 Oktyabr 2026
100
21:15 / 20 Oktyabr 2026
100
21:06 / 20 Oktyabr 2026
98
21:03 / 20 Oktyabr 2026
88
21:00 / 20 Oktyabr 2026
82
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.