Ermənistanın aldığı qırıcı nələrə qadirdir?
20 Oktyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
679
08.07.2025, 09:40
Afrikanın Şərqi Rift Vadisində yerləşən və qorxunc qırmızı rəngi ilə tanınan Natron gölü, həm rəngi, həm də ətrafındakı "daşlaşmış” heyvan qalıqları ilə dünyanın ən qeyri-adi təbii hadisələrindən biri hesab olunur. Tanzaniyanın şimalında yerləşən bu göl, görünüşü ilə sanki başqa bir planetdən gəlmiş kimi təsir bağışlayır.
Oxu24.com xəbər verir ki, Natron gölünün bu qədər diqqət çəkən qırmızı rəngi, yüksək duzlu və alkalili mühitlərdə inkişaf edən halofilik mikroorqanizmlərin, xüsusilə də siyanobakteriyaların ifraz etdiyi piqmentlərdən qaynaqlanır. Bu mikroskopik canlılar gölün səthinə həm xüsusi bir gözəllik, həm də ürküdücü bir ab-hava bəxş edir.
Gölün "içinə düşəni daşa çevirdiyi” fikri ilk dəfə geniş kütlələrə, ingilis fotoqraf Nik Brantın 2013-cü ildə yayımladığı "Across The Ravaged Land" adlı kitabındakı fotolarla çatdı. Həmin fotolarda göl sahilində heykəl kimi görünən quş və yarasa cəsədləri yer alırdı. Lakin elmi açıqlamalara görə, bu heyvanlar gölə düşən kimi daşa çevrilmir.
Natron gölünün pH səviyyəsi 10,5-ə qədər yüksələ bilər. Bu isə amonyak təsiri yaradır. Həmçinin gölün suyu quraq mövsümlərdə 41°C-yə qədər isinə bilir. Belə yüksək alkalilik və temperatur, gölə düşən və ya təbii səbəblərlə ölən heyvanların çürüməsinin qarşısını alır və onların cəsədləri mumiyalanır.
Göl suları sodium karbonat və digər minerallarla zəngindir. Bu maddələr heyvanların ölmüş toxumalarını kalsium karbonatla örtərək, zamanla sərtləşdirir və nəticədə "daşlaşmış” görünüş yaradır. Yəni bu proses ani deyil, kimyəvi və tədrici bir transformasiyadır.
Natron gölü, sərt şəraitinə baxmayaraq, özünəməxsus bir ekosistemi qoruyub saxlayır. Xüsusilə nəsli tükənməkdə olan kiçik flaminqolar üçün Şərqi Afrikadakı ən vacib yumurtlama sahələrindən biridir. Gölün yüksək alkalili mühiti yırtıcıları uzaq saxlayır və beləliklə, flaminqolar üçün təhlükəsiz bir sığınacaq yaradır.
Flaminqolar, göldə bol miqdarda olan siyanobakteriyalarla qidalanaraq bu çətin mühitdə yaşamağı bacarırlar. Bundan əlavə, gölün duzluluğu nisbətən az olan hissələrində bəzi balıq növləri və digər mikroorqanizmlər də mövcuddur.
23:59 / 20 Oktyabr 2026
88
23:35 / 20 Oktyabr 2026
116
23:23 / 20 Oktyabr 2026
93
23:16 / 20 Oktyabr 2026
89
22:54 / 20 Oktyabr 2026
122
22:44 / 20 Oktyabr 2026
111
22:33 / 20 Oktyabr 2026
134
22:22 / 20 Oktyabr 2026
93
22:22 / 20 Oktyabr 2026
111
21:51 / 20 Oktyabr 2026
226
21:47 / 20 Oktyabr 2026
210
21:42 / 20 Oktyabr 2026
117
21:39 / 20 Oktyabr 2026
467
21:33 / 20 Oktyabr 2026
1455
21:28 / 20 Oktyabr 2026
102
21:22 / 20 Oktyabr 2026
517
21:17 / 20 Oktyabr 2026
98
21:15 / 20 Oktyabr 2026
99
21:06 / 20 Oktyabr 2026
96
21:03 / 20 Oktyabr 2026
88
21:00 / 20 Oktyabr 2026
82
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.