Ruslar pivədən sürətlə imtina edir: səbəb..
12 İyul 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
554
08.07.2025, 09:20
İran Prezidenti Məsud Pezeşkian nəsə etməyə çalışır. Onun müharibədən sonra verdiyi açıqlamalar, İranda yaşayan xalqların, o cümlədən türklərin öz dilində danışmaq zərurətini bildirməsi, ölkəsindəki mühafizəkarların etirazına rəğmən, Xankəndiyə gələrək İlham Əliyevlə ikinci dəfə görüşməsi buna işarədir. Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə bilinən jurnalist Taker Karlsona Tehranda verdiyi müsahibədə başqa maraqlı fikir də söyləyib. Pezeşkian İranın ali rəhbəri Seyid Əli Xameneinin amerikalı investorların ölkəyə gələ biləcəyinə inandığını deyib. Pezeşkianın sözlərinə görə, Xamenei bildirib ki, amerikalı investorlar İrana gələ bilər və onların fəaliyyətinə heç bir maneə yoxdur. Doğrusu, buna bir qədər şübhəylə yanaşıram.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Xamanei “Amerikaya ölüm” şüarının həmmüəlliflərindən biridir. ABŞ İsrailə qoşularaq İranın uranı zənginləşdirən mərkəzlərinə ağır bombalar atıb. Bundan keçən qısa müddətdə ali dini liderin amerikalı investorları İrana dəvət etməsi onun və arxasındakı mühafizəkar qüvvələrin baxışlarıyla üst-üstə düşmür. Ancaq son hadisələrin İrandakı mühafizəkar qüvvələrin xarici və təhlükəsizlik siyasətinə baxışlarını dəyişdirdiyini də istisna etmək olmaz. Bəlkə anladılar ki, ABŞ-İsrail ittifaqı ilə üz-üzə gəlməkdənsə, biri ilə normal münasibətlər qurmağa ehtiyac var. Hər nədirsə, mühafizəkarlar Məsud Pezeşkianı qabağa veriblər. İsrailin müharibə zamanı Məsud Pezeşkianı qətlə yetirmək planının olduğuna inanmıram. Pezeşkian Xameneidən fərqli olaraq, müharibə günlərində bunkerdə gizlənməmişdi. Yəni İsrail üçün Pezeşkianı öldürmək çətin olmamalıydı. Ancaq bu, İsrailin ən böyük yanlışı olardı. Ona görə də İsrail İran Prezidentinin deyil, ali dini liderin ovuna çıxmışdı. Məsud Pezeşkian İranın dünyaya açılmasını, neft pullarının proksi qüvvələrə deyil, İran vətəndaşlarının sosial problemlərinin həllinə yönəldilməsini və qonşularla yaxşı münasibətlər istəyir. Onun başı üzərindəki qüvvələr də bunu istəyirmi? Əsas sual budur”, - o vurğulayıb. bakupost.az
22:29 / 12 İyul 2026
34
21:54 / 12 İyul 2026
35
20:56 / 12 İyul 2026
70
19:59 / 12 İyul 2026
66
19:59 / 12 İyul 2026
68
19:49 / 12 İyul 2026
69
19:29 / 12 İyul 2026
104
14:21 / 12 İyul 2026
203
13:36 / 12 İyul 2026
1281
13:31 / 12 İyul 2026
116
13:28 / 12 İyul 2026
87
13:27 / 12 İyul 2026
82
13:25 / 12 İyul 2026
85
13:12 / 12 İyul 2026
649
13:02 / 12 İyul 2026
630
00:51 / 12 İyul 2026
222
00:26 / 12 İyul 2026
393
22:18 / 11 İyul 2026
118
22:14 / 11 İyul 2026
252
21:52 / 11 İyul 2026
205
21:33 / 11 İyul 2026
198
20:35 / 11 İyul 2026
209
20:31 / 11 İyul 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.