Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub
17 Avqust 2026, 18:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
503
06.07.2025, 18:16
Bir neçə gün əvvəl kiçik oğluna təmtəraqlı toy edən Çeçenistan rəhbəri Ramzan Kadırovun müraciəti yayılıb.
Müraciətə səbəb son günlər yenidən onun səhhəti və müalicə üçün ölkəni tərk edəcəyi ilə bağlı iddialardır. Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə ailə həyatı qurublar. Kadırovun kiçik oğlunu da erkən evləndirməsi də Çeçenistan rəhbərinin səhhəti ilə izah olunurdu.
Yada salaq ki, son yayılmış xəbərlərdə Kadırovun Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırdığı bildirilirdi. Bildirilirdi ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirdilər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" – deyə, Çeçenistan administrasiyasına yaxın mənbə qeyd edirdi. Dördpendirli pizza
Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər də yenə spekulyasiya mövzusu olaraq qalırdı. Bildirilirdi ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl “Novaya qazeta” Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.
May ayında Kadırov özü tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra isə bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" – deyib.
Nəhayət, Kadırov “onun xəstəliyi və ya ölümü” haqda danışanlara müraciət edərək qeyd edib ki, bədxahlarına həmin günü görmək qismət olmayacaq. Kadırov hökumətinin üzvləri ilə görüşdə bu fikri səsləndirib.
“Səhhətim barədə ucuz şeylər yazanlara müraciət edirəm: biz sağıq... Onların fikrincə, əgər insan görüşə getmirsə, o, dərhal ölür və ya artıq ölüb. Sizə bunu görmək qismət olmayacaq", – Kadırov deyib./Musavat.com
20:14 / 17 Avqust 2026
14
19:48 / 17 Avqust 2026
45
19:35 / 17 Avqust 2026
43
19:24 / 17 Avqust 2026
54
19:10 / 17 Avqust 2026
59
18:58 / 17 Avqust 2026
66
18:51 / 17 Avqust 2026
70
18:45 / 17 Avqust 2026
177
18:36 / 17 Avqust 2026
62
18:30 / 17 Avqust 2026
232
18:23 / 17 Avqust 2026
353
18:10 / 17 Avqust 2026
73
17:54 / 17 Avqust 2026
88
17:44 / 17 Avqust 2026
96
17:28 / 17 Avqust 2026
90
17:25 / 17 Avqust 2026
78
17:12 / 17 Avqust 2026
89
16:56 / 17 Avqust 2026
85
16:43 / 17 Avqust 2026
96
16:40 / 17 Avqust 2026
98
16:37 / 17 Avqust 2026
97
16:19 / 17 Avqust 2026
83
16:15 / 17 Avqust 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.